İxtisasartırma təhsilinin

         Kurikulum Çərçivəsinin

təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası

təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu,  təşkili əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası"nın bununla əlaqədar Təhsil Nazirliyinin 4 oktyabr 2010-cu il tarixli 1297 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə

 

ƏMR EDİRƏM:

 

1. Ümumi təhsil müəssisələrinin müəllimləri üçün ixtisasartırma təhsilinin Kurikulum Çərçivəsi təsdiq edilsin (əlavə olunur).

2. Əlavə təhsilin ixtisasartırma təhsili istiqaməti üzrə təhsil proqramlarının qiymətləndirilməsi və tətbiqinə icazənin verilməsi Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə həvalə edilsin.

3. Strateji təhlil, planlaşdırma kadrların idarə olunması şöbəsi (F.Qədirov):  

3.1. İxtisasartırma   təhsili   üzrə   təhsil   proqramlarının   qiymətləndirilməsi tətbiqinə icazənin verilməsi mexanizmini hazırlayıb təsdiq edilmək üçün təqdim etsin.     

3.2. Kurikulum   Çərçivəsinin   ayrı-ayrı modulları üzrə əlavə təhsil müəssisələri ya ixtisasartırma təhsilini həyata keçirən qurumlar tərəfindən hazırlanan təhsil proqramlarının qəbuluna dair elan verilməsini təmin etsin.

3.3. Rəhbər pedaqoji kadrların digər kateqoriyaları üçün ixtisasartırma təhsilinin minimum həddinin müəyyən edilməsini müvafiq kurikulum çərçivələrinin hazırlanıb təqdim edilməsini təmin etsin.

4. Rayon (şəhər)  təhsil  şöbələri (idarələri),  Nazirliyin  birbaşa  tabeliyində olan ümumi təhsil müəssisələri:

4.1. Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin ixtisasartırmaya olan ehtiyac tələbatlarının öyrənilməsini, bu əsasda ixtisasartırma proqramlarının düzgün seçilməsini hər bir müəllimin 5 il ərzində ixtisasartırma təhsilinin üç modulu üzrə 120 saatlıq təlim kurslarından keçməsini təmin etsinlər.

4.2. Fərdi ehtiyac maraqların nəzərə alınması yolu ilə ixtisasartırma proqramlarının seçilməsində müəllimlərə müvafiq köməklik göstərsinlər.

4.3. İxtisasartırma proqramlarının fərdi seçimi əsasında müvafiq əlavə təhsil müəssisələri ya ixtisasartırma təhsilini həyata keçirən qurumlarla müqavilələrin bağlanılmasını, mümkün olan hallarda ixtisasartırma təlimlərinin müəllimlərin yerində ya ona yaxın ərazidə həyata keçirilməsini təmin etsinlər.

4.4. "Əlavə təhsilin məzmunu,  təşkili əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası"nın 1.7-ci bəndinə müvafiq olaraq stimullaşdırma tədbirlərinin həyata keçirilməsində müəllimlərin ixtisasartırma təhsili nəticəsində topladıqları kreditlərin nəzərə alınmasını təmin etsinlər.

5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin əlavəsi ilə birlikdə "Azərbaycan müəllimi" qəzetində "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

6. İnzibati  işlər  üzrə  sektor (A.Nəbiyev)  əmrin əlavəsi ilə birlikdə çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

 

7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

17 dekabr 2010-cu il

Azərbaycan müəllimi.- 2010.- 24 dekabr.- S.2.