Öyrədənlər öyrədilir

 

Masallı şəhər 4 nömrəli (Digah) tam orta məktəbində məktəb direktorları, qabaqcıl müəllimlər təhsil işçilərinin iştirakı ilə treninq-seminar keçirilib. Dekabrın 15-dən 25-dək davam edəcək seminar-treninqdə 31 nəfər təhsil işçisi aldıqları bilikləri rayonda təşkil edilmiş dayaq məntəqələrində müəllimlərə çatdırıb.

Seminar-treninqin birinci günü iştirakçılar DVD- yazılmış bir nümunəvi dərsə baxıblar. Sonra dərsin müxtəlif parametrlər üzrə təhlili keçirilib.

Seminar iştirakçıları öz təcrübələrindən danışıb, fikir mübadiləsi aparıblar. RTŞ-ın metodisti Hüseyn Hüseynov bildirib ki, belə metodu müəllimlərin fəallığını, qabaqcıl təcrübənin tətbiqini təmin edir.

Şəhər 3 nömrəli orta məktəbin sinif müəllimi Sevinc Quliyeva seminar-treninqin gedişindən razı qaldığını bildirib.

On gün davam edən seminar-treninqi Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Afət Süleymanova AMİ-nin əlavə təhsilə xidmət edən kabinetinin müdiri Xuraman Nağızadə aparıblar.

Tədbirdə çıxış edən A.Süleymanova bildirmişdir ki, on gün ərzində rayon təhsil işçiləri "Müasir təhsillə bağlı yanaşmalar", "Fənn kurikulumlarının strukturu məzmunu", "Fənn kurikulumları yeni təlim strategiyaları", "Təlimin planlaşması", "Yeni qiymətləndirmə sisteminin tətbiqi", "Yeni dərsliklərlə işin xüsusiyyətləri", "Dərslərin klinik müşahidəsi təhlili", "Müdavimlərin hazırladığı dərslərin nümayişi", "İslahatın həyata keçirilməsində təhsil işçilərinin məsuliyyət vəzifələri" mövzuları ilə yaxından tanış olub, praktik olaraq tapşırıqlar icra edərək öyrəndikləri nəzəri məsələlərin tətbiqinə nail olublar. Təlim kursunun sonunda müdavimlər hazırlanmış test praktik tapşırığı yerinə yetirməklə on gün ərzində əldə etdikləri bilik bacarıqlarını nümayiş etdiriblər.

Bütün bunlar hazırlanmış təlimçilərin zonalar üzrə müəyyən olunmuş istinad məktəblərinə təhkim edilərək ərazidə yerləşən digər məktəblərin təhsil işçilərinə fənn kurikulumlarının tətbiqi istiqamətində metodiki xidmətin həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.

RTŞ-ın böyük məsləhətçisi Soltanağa Cəfərov, S.Rəhimov adına Köçərli kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi, qabaqcıl təhsil işçisi Qəni Qəniyev, şəhər 4 nömrəli məktəbin direktoru Nailə Əsədullayeva, Xıl kənd tam orta məktəbin dərs hissə müdiri Vəfadar Hüseynov seminar-treninqi yüksək səviyyədə keçirdiklərinə görə A.Süleymanovaya, X.Nağızadəyə minnətdarlıqlarını bildirdilər. 

 

Bəhram YAQUBOV

Azərbaycan müəllimi.- 2010.- 24 dekabr.- S.24.