Akademik Abel Məhərrəmov

Koreya Respublikasında səfərdə olub

 

Dekabrın 12-dən 17-dək Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasında səfərdə olub. Nümayəndə heyəti səfər zamanı Koreyanın aparıcı ali təhsil ocaqlarının fəaliyyəti  ilə  tanış  olub  buradakı texnoparklara baş çəkib.

Koreya Fondunun dəvəti ilə reallaşan səfər çərçivəsində akademik Abel Məhərrrəmov Seul Milli Texnologiyalar Universiteti, Koreya Elm Texnologiyalar İnstitutu, Pai Çai Koreya Politexnik universitetlərində bir sıra ikitərəfli görüşlər keçirib. Görüşlərdə ali təhsil ocaqlarının rəhbərləri azərbaycanlı qonaqlara Koreya universitetlərinin fəaliyyəti haqqında məlumat verib, xüsusi təqdimatlarla çıxış ediblər. Millət vəkili, akademik Abel Məhərrəmov son illər ölkəmizin əldə etdiyi sosial-iqtisadi inkişaf, həyata keçirilən irimiqyaslı layihələr təhsil sahəsində aparılan islahatlar barədə koreyalı həmkarlarına ətraflı məlumat verib. Azərbaycanın aparıcı ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin fəaliyyətindən danışaraq, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Azərbaycan təhsilinin beynəlxalq təhsil sisteminə inteqrasiyası məqsədilə dünyanın bir sıra aparıcı ali təhsil ocaqlarının təcrübəsindən yararlanmağın vacibliyini qeyd edib.

Görüşlər zamanı Bakı Dövlət Universiteti ilə Koreya ali təhsil ocaqları arasında qarşılıqlı əməkdaşlıq tələbə-müəllim mübadiləsini özündə əks etdirən bir sıra sənədlər imzalanıb. Nümayəndə heyəti səfər çərçivəsində Koreya universitetlərinin nəzdində fəaliyyət göstərən texnoparkların fəaliyyəti ilə yaxından tanış olublar. Səfər zamanı akademik Abel Məhərrəmov Koreyada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. BDU-nun rektoru tələbələrin təhsili qarşılaşdıqları problemlərlə maraqlanıb. Dinamik inkişaf edən ölkəmiz üçün onların yüksək səviyyəli mütəxəssis olmalarının vacibliyini bildirib. Tələbələr uzaq Koreyada təhsil almalarına baxmayaraq, hər zaman Azərbaycan dövlətinin dəstəyini hiss etdiklərini qeyd ediblər. 6 gün davam edən səfər zamanı Koreya ali təhsil ocaqlarının fəaliyyəti ilə yaxından tanış olan BDU-nun nümayəndə heyəti bu cür səfərlərin gələcəkdə davam etdiriləcəyini bildiriblər.

 

Pərvanə İBRAHİMOVA

Azərbaycan müəllimi.- 2010.- 24 dekabr.- S.7.