NDU-da beynəlxalq

simpozium

 

Naxçıvan Dövlət Universitetində "Sivilizasiyaların dialoqu: Nil çayından Araz vadisinədək" mövzusunda beynəlxalq simpozium keçirilmişdir.

Misir Ərəb Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzi Qahirə Universiteti ilə birgə gerçəkləşdirilən simpozium Universitet Televiziyasının hazırladığı tanıtma filminin ərəb dilində nümayişi ilə öz işinə başlamışdır.

Simpoziumu giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli "Araz hövzəsi sivilizasiya: Gəmiqayadan Ağrıdağadək" mövzusunda ətraflı məruzə etmişdir. Məruzədə Naxçıvanda sivilizasiyanın tarixinin b.e.ə. V minilliyə söykənməsi, burada ilk insan məskunlaşması, şəhərsalma mədəniyyəti, aqrar sahənin inkişafı ilə bağlı qədim tarixə söykənən əsaslı faktlar arxeoloji tapıntılar, toponimlər mövcud olmasından bəhs olunmuşdur. Millət vəkili dünya tarixinin beşiyi sayılan qədim Misirlə Azərbaycanı qohum sivilizasiyaların birləşdirməsindən, Azərbaycan müstəqillik əldə etdikdən sonra sivilizasiyalararası dialoqun inkişafı istiqamətində uğurlu dövlət siyasətindən, beynəlxalq simpoziumun mühüm əhəmiyyətindən söz açmışdır.

Sonra Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun simpozium iştirakçılarına təbrik məktubu oxunmuşdur. Təbrik məktubunda qədim Şərq tarixinin, mədəniyyətinin qovuşduğu iki ölkə arasında siyasi, iqtisadi, sosial, mədəni tərəfdaşlığın inkişafı baxımından simpoziumun əhəmiyyəti qeyd olunmuşdur.

Misir Ərəb Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Adil Dərviş "Ölkələrarası əlaqələrin möhkəmləndirilməsində sivilizasiyaların rolu" mövzusunda məruzəsində ümummilli lider Heydər Əliyev Misir Prezidenti Hüsnü Mübarəkin iki dövlət arasında siyasi müttəfiqliyin inkişafındakı rolundan, ortaq Şərq tarixinin, mədəniyyətinin öyrənilməsi sahəsində görülən mühüm işlərdən danışmışdır.

Plenar iclasda AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin "Naxçıvan ərazisində sivilizasiya mədəniyyətinin öyrənilmə zərurəti", qurumun Tarix, Arxeologiya Etnoqrafiya İnstitutunun direktor müavini Hacı Qadir Qədirzadənin "Araz hövzəsi sivilizasiyada Naxçıvan", AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini Teymur Kərimlinin "Sivilizasiyalararası ədəbi əlaqələr", universitetin Hüquq fənləri kafedrasının müdiri, tarix elmləri namizədi, dosent Şükür Məmmədovun "Çaylararası sivilizasiyalarda qanunnamələr", Misir Ərəb Respublikasının Qahirə Universitetinin ədəbiyyat fakültəsinin dekan müavini, professor Ömər Sabir Əbdülcəlilin "Misir sivilizasiyası çevrə ölkələrindəki sivilizasiyalar ortaq mədəniyyətə nümunə kimi", universitetin koreyalı tələbəsi, Azərbaycan dili ədəbiyyat ixtisası üzrə IV kursda təhsil alan Ryu Hi Canın "Nuhun tufanı hadisəsi Asiyada tufanla bağlı miflər" mövzularında məruzələri dinlənilmişdir.

Simpozium "Tarix-mədəni əlaqələr" "Sivilizasiyalararası əlaqələr" adlı bölmə iclasları ilə işini davam etdirmişdir.

Yekun iclas universitetin ərəb dili ədəbiyyatı ixtisası üzrə I kurs tələbələrinin ərəb dilində çıxışları, bədii qiraətləri ilə başlamışdır. Bölmə rəhbərləri - professor Adil Dərviş AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin hesabatları dinlənilmiş, simpoziumun fəaliyyəti yüksək dəyərləndirilmişdir.

Simpozium qonaqların qədim Misirlə bağlı tanıtma filmini nümayiş etdirməsilə öz işini yekunlaşdırmışdır.

 

Mehriban SULTAN

Azərbaycan müəllimi.- 2010.- 24 dekabr.- S.7.