Məktəbdə onlayn "Qaynar xətt"

xidməti təşkil etmişik

 

Çalışdığım orta  məktəbdə İKT-nin tətbiqi müxtəlif sahələr üzrə aparılır. Şagirdlərimiz  aldığı bilikləri texnologiyaların  vasitəsi ilə təcrübədə tətbiq edirlər. Xüsusən, İKT vasitəsi ilə hazırladıqları layihələr tərtib olunmuş meyarlar üzrə qiymətləndirilir. Məktəbdaxili müsabiqələrdən biri şagirdlərimizin fərdi İnternet veb səhifələrinin (bloqlarının) yaradılmasıdır.

 

Bu mərhələyə biz  pillə-pillə gəlmişik, ilk əvvəl "Skype" proqramı vasitəsilə müxtəlif ölkələrdəki məktəblərlə əlaqə yaradıb fikir mübadiləsi aparmışıq. Növbəti mərhələdə məktəbdə İP-telefonların kameraların quraşdırılmasından sonra, virtual məkanda  informatika tarix fənnləri üzrə metodbirləşmələrin iclaslarını digər məktəb müəllimləri ilə  keçirmişik.

Respublikamızda keçirilən istənilən müsabiqələr tədris sahəsinə çox müsbət təsir edir.  Müəllimlərimiz innovativ müəllim layihəsində, şagirdlərimiz isə "Gənc istedad" müsabiqəsində həvəslə iştirak edərək yüksək yerlər qazanıblar. Dərslərimizin keyfiyyətli tədrisi üçün interaktiv  lövhə rahat vasitədir.

Təhsil Nazirliyinin üç il sınaqdan keçirilən  "Elektron məktəb" layihəsi, xüsusən "elektron  jurnal" müəllimlər, şagirdlər valideynlər tərəfindən bəyənilir.  Bu il  məktəbdə quraşdırılan HDMİ formatlı Tandberg C20  Plus qurğusunun köməyi ilə təşkil edilmiş "Say sistemləri" viktorinasının virtual sinifdə keçirilməsini planlaşdırmışıq. Bu dərsi ötən il İP-telefon vasitəsi ilə  liseylə keçirmişdik.  Belə dərslərin keyfiyyətli alınması üçün əvvəlcədən moderator təyin olunur, dərs videokonfransda iştirak edən məktəblərə şəbəkə etikası gözlənilməklə, növbə ilə söz verilir.  Bu dərslərin əvvəlcədən plan-proqramı yazılır iştirakçı məktəbin sinif şagirdləri onunla əvvəlcədən tanış olurlar. Bir sözlə, son illər məktəblərin yeni  İKT avadanlıqları ilə sürətlə təchizatı müəllimlərimizi  onlardan istifadəyə, şagirdləri isə yaradıcı işləməyə sövq edir.

Mənim fikrimcə, şagirdin tədris prosesinə, müəllimin şagirdin biliyinə, valideynin məktəbin təlim prosesinə nəzarəti onlayn "qaynar xətt"lə təşkili məqsədəuyğundur.

Hər bir məktəbin onlayn "qaynar xətt"i olmalı, müəllimlər, şagirdlər valideynlər onda iştirak etməlidirlər. İnternetə çıxışı olmayan məktəblər isə məktəbin foyesindəki kompüterdə "qaynar xətt" yaratmalıdırlar. Daxil olmuş şikayət təkliflər araşdıırılaraq cavablandırılmalıdır. Biz məktəbimizdə bu prosesi iki ildən çoxdur ki, tətbiq  edirik böyük səmərə verir.

 

Aygün ƏZİZOVA

Azərbaycan müəllimi.- 2010.- 24 dekabr.-S.13.