Şagirdlər İKT biliklərinə

həvəslə yiyələnirlər

 

Təhsil ocaqlarında şagirdlər İKT-dən səmərəli istifadə edir, zəruri proqramlarla işləmə bacarıqları kompüterdən istifadə vərdişlərinə həvəslə yiyələnirlər.

Bakıdakı 102 nömrəli orta məktəbin direktoru Mayilə İsmayılova bildirdi ki, təhsil ocağında iki kompüter otağı yaradılıb. İnformatika otaqlarında bundan başqa 1 noutbuk, 6 proyektor 1 printer yerləşdirilib. Burada tədris zamanı elektron dərsliklərdən istifadə olunması şagirdlərin mövzuları daha dərindən mənimsəmələrinə kömək edir. İnformatika müəllimləri Gülnar Qarçıyeva Adilə Sultanova gərgin əmək sərf edərək şagirdlərə İKT-nin sirlərini öyrədirlər.

210 nömrəli orta məktəbin direktoru Razim Rəsulov qeyd etdi ki, cari tədris ilinin ilk günlərindən müəllimlər şagirdlərdə bu fənnə böyük maraq yaradıblar. Təhsil Nazirliyi tərəfindən məktəbə 29 kompüter, 1 noutbuk, 2 printer, 1 proyektor verilib. Təhsil ocağında 2 kompüter otağı var. Şagirdlər informatika dərslərində  kompüterdən sərbəst istifadə edərək sadə əməliyyatları yerinə yetirirlər. Dərslərdə elektron dərsliklərdən geniş istifadə olunur.

 

Rəşad ZİYADOV

Azərbaycan müəllimi.- 2010.- 24 dekabr.- S.19.