Məktəblilərin idman uğurları

 

 Bakıdakı 96 nömrəli orta məktəbin XI sinif şagirdi Elmar Həsənov idmanın karate növü ilə 7 yaşından  məşğul olur. O, ilk yarışlarına 2002-ci ildən başlayaraq 2003-cü ildə Bakı Respublika çempionu olub, beynəlxalq turnirə vəsiqə qazanıb. Dəfələrlə Azərbaycan çempionu olan Elmar  2003-cü ilin sonlarında Moskva şəhərində 32 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək  pilləsinə, I yerə çıxaraq  ölkəmizi layiqli təmsil edib.

O, 2007-ci ildə Sinqapur dünya çempionatında III, Moskva şəhərində MDB ölkələri idmançıları arasında keçirilən beynəlxalq turnirdə isə I yerin sahibi olub. Yunanıstanda keçirilən dünya çempionatında isə II yeri tutan E.Həsənov ümumilikdə beynəlxalq turnirlərdə 6 dəfə çempion adını qazanıb.

Təhsil ocağının digər şagirdi, 1993-cü il təvəllüdlü Elgün Balakişiyev isə yunan-Roma güləşi ilə uşaq yaşlarından məşğul olur.  "Təhsil" Respublika İdman Mərkəzinin güləş bölməsinin yetirməsi olan Elgün Bakı birinciliyində dəfələrlə yüksək yerləri tutaraq Azərbaycan çempionatına vəsiqə qazanıb. O bu il Azərbaycan çempionu olaraq beynəlxalq turnirə vəsiqə əldə edib. Ən böyük arzusu ölkəmizi dünya turnirində layiqli təmsil etmək tanıtmaqdır.

 

Rəşad ZİYADOV

Azərbaycan müəllimi.- 2010.- 24 dekabr.- S.24.