Qobustan rayonunun ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili

  

 Mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında şimal-qərb rayonlarının (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,  Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan) keyfiyyət və müvəffəqiyyət göstəriciləri aşağıdakı cədvəldə verilmişdir.

Cədvəldən göründüyü kimi, keyfiyyət göstəricisinə görə ilk yeri Qəbələ, son yeri isə Qobustan rayonu tutur. Keçən nömrədə Qəbələ rayonu ümumtəhsil məktəblərinin nəticələri təhlil olunaraq ictimaiyyətə çatdırılmışdır. İndi isə Qobustan  rayonunun keyfiyyət göstəricilərinə görə nəticələri, bu nəticələrin keçən il ilə müqayisəli təhlili, keyfiyyət və müvəffəqiyyət göstəricilərinin qarşılıqlı vəziyyəti, müxtəlif fənlərin mənimsənilmə səviyyəsini təqdim edirik.

2009-2010-cu dərs ilində rayonun 18 tam orta ümumtəhsil məktəblərində 323 şagird təhsil almışdır. Onların 315 nəfəri (97,52%) buraxılış imtahanlarında iştirak etmiş və 279 nəfəri (88,57%) yekun nəticəyə görə attestat almışdır. Buraxılış imtahanlarında iştirak edən 315 şagirddən  211 nəfəri oğlanlar, 104 nəfəri isə qızlardır. Şagirdlərin 312-si Azərbaycan bölməsinin, 3 nəfəri isə rus bölməsinin şagirdidir. Rayon üzrə  bütün fənlərdən "5" qiymət alan şagird yoxdur, lakin 3 nəfər şagird (Cəyirli kənd orta məktəbindən 2 nəfər kodları 1962610776 və 2600753160, Nabur kənd orta məktəbindən 1 nəfər kodu 2966421565) isə bütün fənlərdən "2" qiymət almışdır. Rayonun 7 məktəbində (38,89%) şagird sayı 10 nəfərdən azdır. Rayon üzrə Bəklə, Qurbançı və Dərəkənd kənd orta məktəblərində 10 şagirdə (3,15%) xarici dil tədris olunmur. Qobustan rayonunun səkkiz fənn üzrə göstəricilərinin respublika üzrə göstəricilərlə müqayisəsi aşağıdakı diaqramdan aydın görünür. Göründüyü kimi, bütün  fənlərdən keyfiyyət göstəriciləri respublika üzrə göstəricilərdən aşağıdır.

2008-2009 və 2009-2010-cu dərs illərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında səkkiz fənn üzrə  rayonun keyfiyyət göstəricilərinin müqayisəli təhlili aşağıdakı diaqramda verilmişdir.

Riyaziyyat, Azərbaycan tarixi və kimya fənlərindən az da olsa yüksəlişin, əksinə ana dili, fizika, biologiya, coğrafiya və xarici dil fənlərindən isə geriləmənin olduğu nəzərə çarpır. Ümumilikdə rayonun yekun keyfiyyət göstəricisi 2008-2009-cu dərs ilinə nisbətən  38,69%-dən 38,14%-ə düşərək 0,55% azalmışdır.

2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında fənlər üzrə yekun göstəricilər.

Fənlər üzrə yekun göstəricilərə nəzər saldıqda rayonda Azərbaycan tarixi, riyaziyyat və coğrafiya fənlərinin digər fənlərə nisbətən daha yaxşı tədris olunduğu müşahidə olunur. Məktəblərin vəziyyətinə gəldikdə isə Azərbaycan tarixi, ana dili fənlərindən 11 məktəbin (61,11%), fizika, biologiya fənlərindən 10 məktəbin (55,56%), riyaziyyat, kimya və coğrafiya fənlərindən 9 məktəbin (50,00%) və xarici dil fənnindən 8 məktəbin (44,44%) keyfiyyət göstəricisi rayon üzrə keyfiyyət göstəricisindən yüksəkdir.

Qobustan rayonu tam orta ümumtəhsil məktəblərinin buraxılış imtahanlarının nəticələrinə görə keyfiyyət və reytinq göstəricilərinin müqayisəli təhlili aşağıdakı cədvəldə verilmişdir:

Cədvəldən göründüyü kimi, Qurbançı və Cəmcəmli kənd orta məktəbləri reytinq cədvəlinə uyğun olaraq, 1 və 4-cü yerləri tutduqları halda, keyfiyyət cədvəlində həmin məktəblər müvafiq olaraq 10 və 9-cu yerləri tuturlar. Bu isə o deməkdir ki, həmin məktəblərin şagirdləri daha çox suala düzgün cavab verərək yüksək qiymətlər alıblar. Əksinə,  Təklə Mirzəbala Ə.Nəbiyev adına  və Təklə  kənd orta məktəbləri reytinq cədvəlinə uyğun olaraq, 6 və 13-cü yerləri tutmalarına baxmayaraq, keyfiyyət cədvəlində həmin məktəblər müvafiq olaraq 2 və 4-cü yerləri tuturlar.

Keyfiyyət göstəricisinə görə məktəblərin sıralanmasında ilk və son iki yeri tutan məktəblərin göstəriciləri  aşağıdakı kimidir:

Çuxanlı kənd Q.Ələkbərov adına orta məktəbindən 10 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 11,70 suala  (46,80%), riyaziyyatdan 12,10 suala  (48,40%), Azərbaycan tarixindən 7,50 suala  (50,00%), fizikadan 4,70 suala  (47,00%), kimyadan 4,30 suala  (43,00%), biologiyadan 3,80 suala  (38,00%), coğrafiyadan 4,00 suala  (40,00%), xarici dildən isə 6,70 suala  (44,67%) düzgün cavab vermişdir.

Təklə Mirzəbala Ə.Nəbiyev adına orta məktəbindən 7 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 11,86 suala  (47,43%), riyaziyyatdan 10,86 suala  (43,43%), Azərbaycan tarixindən 7,29 suala  (48,57%), fizikadan 4,57 suala  (45,71%), kimyadan 5,86 suala  (58,57%), biologiyadan 4,29 suala  (42,86%), coğrafiyadan 4,29 suala  (42,86%), xarici dildən isə 5,71 suala  (38,10%) düzgün cavab vermişdir.

Nabur kənd Ə.İbrahimov adına orta məktəbindən 18 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 6,28 suala  (25,11%), riyaziyyatdan 8,06 suala  (32,22%), Azərbaycan tarixindən 4,94 suala  (32,96%), fizikadan 3,00 suala (30,00%), kimyadan 2,89 suala  (28,89%), biologiyadan 2,56 suala  (25,56%), coğrafiyadan 3,06 suala  (30,56%), xarici dildən isə 3,61 suala  (24,07%) düzgün cavab vermişdir.

Cəyirli kənd A.Quliyev adına orta məktəbindən 27 şagird buraxılış imtahanlarında iştirak etmiş və orta statistik şagird ana dilindən 6,70 suala  (26,81%), riyaziyyatdan 7,52 suala  (30,07%), Azərbaycan tarixindən 4,37 suala  (29,14%), fizikadan 2,96 suala  (29,63%), kimyadan 2,96 suala  (29,63%), biologiyadan 2,56 suala  (25,56%), coğrafiyadan 3,22 suala  (32,22%), xarici dildən isə 3,37 suala  (22,47%)  düzgün cavab vermişdir. Məktəblərin 8 fənn üzrə göstəricilərinin rayon göstəriciləri ilə müqayisəli təhlili aşağıdakı qrafiklərdə  daha aydın görünür.

Qobustan rayonu və Çuxanlı kənd orta məktəbinin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Qobustan rayonu və Təklə Mirzəbala kənd orta məktəbinin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Qobustan rayonu və Nabur kənd orta məktəbinin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Qobustan rayonu və Cəyirli kənd orta məktəbinin səkkiz fənn üzrə keyfiyyət göstəricilərinin müqayisəli təhlili

Qobustan rayonu ümumtəhsil məktəblərində 8 fənnin əlamətlər üzrə keyfiyyət göstəriciləri

Cədvəldən göründüyü kimi, orta statistik şagird rayon üzrə ana dili fənnindən sualların 51,61%-nə düzgün cavab vermişdir. Qızların düzgün cavabları 53,68%, Azərbaycan bölməsinin düzgün cavabları isə 52,61% olmuşdur, bu da rayon göstəricisindən yuxarıdır. Əksinə, rus bölməsinin və oğlanların göstəriciləri rayon göstəricisindən aşağıdır. Aşağıdakı diaqramda oğlanların və qızların səkkiz fənn üzrə keyfiyyət göstəricisinin müqayisəsi verilmişdir. Göründüyü kimi  ana dili, Azərbaycan tarixi, fizika, biologiya və xarici dil fənlərindən qızların, əksinə riyaziyyat, kimya və coğrafiya fənlərindən isə oğlanların keyfiyyət göstəriciləri daha yaxşıdır.

Azərbaycan və rus bölmələri üzrə keyfiyyət göstəricilərinə nəzər saldıqda  aydın görünür ki, ana dili, Azərbaycan tarixi, fizika, kimya və coğrafiya fənlərindən Azərbaycan bölməsinin, əksinə riyaziyyat, biologiya və xarici dil fənlərindən isə rus bölməsinin keyfiyyət göstəriciləri  daha yaxşıdır.

2008-2009 və 2009-2010-cu dərs illərində səkkiz fənni qiymətlər üzrə müqayisə etdikdə "2" qiymət alanların faiz göstəricilərinin ana dilindən 1,14%, riyaziyyatdan 2,07%, və xarici dildən 3,41% azaldığını görmək olar. Lakin "2" qiymət alanların sayı Azərbaycan tarixindən 1,05%, fizikadan 7,43%, kimyadan 8,35%, biologiyadan 1,75%, coğrafiyadan 5,20% artmışdır. Ümumiyyətlə, beş fəndən "2" qiymət alanların sayının artması öz növbəsində keçən il ilə müqayisədə müvəffəqiyyət faizinin aşağı düşməsinə səbəb olmuşdur. Belə ki, 2008-2009-cu dərs ilində 332 şagirddən 319 nəfəri imtahanlarda iştirak etmiş və bunlardan 214-ü, yəni 67,08%-i, 2009-2010-cu dərs ilində isə 323 şagirddən 315 nəfəri imtahanlarda iştirak etmiş və bunlardan 161-i, yəni 51,11%-i müvəffəqiyyət qazanmışdır. Aşağıdakı cədvəlin köməyi ilə digər qiymətlərə görə də iki ilin müqayisəli təhlilini aparmaq olar.  

 

 

Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsi

 

Azərbaycan müəllimi.- 2010.- 31 dekabr.- S.16.