Qarşılıqlı dərs dinləmə ənənə halını alıb

 

Bakıdakı 45 nömrəli orta məktəbdə  dərsin  təkmilləşdirilməsi hazırda kompleks şəkildə aparılır. Məktəbin direktoru Nazilə Məmmədova bildirdi ki,  rəhbərlik etdiyi təhsil ocağında sinif müəllimləri arasında qarşılıqlı dərs dinləmə  artıq bir ənənə halını alıb. Bu da  ibtidai siniflərdə təlimin keyfiyyətinin  yüksəlməsində mühüm əhəmiyyət kəsb edir. 

Məktəbin sinif müəllimləri yeni təlim metodlarından istifadə edərək dərslərdə əyaniliyə, texniki vasitələrə, xüsusən didaktiv oyunlara geniş yer verirlər.

Keçilən hər bir "açıq dərs" məktəbin pedaqoji şura iclaslarında geniş müzakirə olunur və   yaradıcı müəllimin yaxşı işi digər məktəblər arasında geniş yayılır.

 

 

Azərbaycan müəllimi.- 2010.- 31 dekabr.- S.21.