Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər

 

Orta ümumtəhsil məktəblərində İKT-nin tətbiqi genişlənərək şagirdlərdə informasiyalaşmış cəmiyyətin tələblərinə uyğun zəruri məlumatlarla işləmə bacarıqları və kompüterdən istifadə  vərdişləri  xeyli artmışdır.

Bakıdakı 9 nömrəli orta məktəbin direktoru Zinyət Əhmədova bildirdi ki, təhsil ocağında informatika kabineti yaradılıb. Tədris zamanı şagirdlərdə ətraf aləmin informasiya baxımından təhlil və qərar  qəbul etmək bacarıqlarının  formalaşdırılması, onların informasiya texnologiyalarından  istifadəyə hazırlanması tam təmin olunur.

Tədris ilinin ilk günündən I və IV  siniflərdə dərs deyən informatika müəllimləri Gülnurə Əhmədova və Elnarə Məmmədova şagirdlərdə bu fənnə qarşı böyük həvəs yaradıblar. Şagirdlərdən Xalidə, Rüstəm, Tofiq və başqaları   kompüterlə sərbəst  davranır, sadə əməliyyatları icra  edir və İKT-nin sirlərinə  həvəslə yiyələnirlər.

 

 

 Şakir CƏFƏROV

 

 Azərbaycan müəllimi.- 2010.- 31 dekabr.- S.21.