"İlin ən yaxşı məktəbdənkənar müəssisəsi" nominasiyası üzrə respublika müsabiqəsinin keçirilməsi barədə

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı

 

Məktəbdənkənar müəssisələrdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq və onların fəaliyyətlərini stimullaşdırmaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti

 

QƏRARA ALIR:

 

1. 2010-cu ildə "İlin ən yaxşı məktəbdənkənar müəssisəsi" nominasiyası üzrə respublika müsabiqəsi keçirilsin.

2. Bu müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri sayılsın.

3. Müsabiqə 2010-cu ilin mart-aprel aylarında keçirilsin.

4. Müsabiqənin Əsasnaməsi Təşkilat Komitəsinin (əlavə 1; 2) tərkibi təsdiq edilsin.

5. Təşkilat Komitəsi, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri müsabiqənin bu qərarla təsdiq edilmiş Əsasnamənin şərtlərinə uyğun keçirilməsini təmin etsinlər.

6. Müsabiqənin keçirilməsi ilə bağlı tərəflər öz üzərinə götürürlər:

6.1. Təhsil Nazirliyi

- Qaliblərə hədiyyələrin alınmasını.

6.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi

- Diplomların hazırlanmasını.

7. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi qərar əlavələri "Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

8. "Təhsil işçisi" qəzeti redaksiyası qərar əlavələrin, müsabiqənin gedişi haqqında məlumatların dərc edilməsini təmin etsin.

9. Tərəflər müsabiqənin keçirilməsi qaliblərin mükafatlandırılması ilə bağlı xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.

10. Qərarın icrasına nəzarət nazir müavini E.Qasımova sədr müavini Ş.Əsgərova həvalə olunsun.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri

 

 Səttar MEHBALIYEV,

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar

İttifaqı Respublika Komitəsinin sədri

 

Bakı şəhəri, 9 fevral 2010-cu il

 

Azərbaycan müəllimi.-2010.-12 fevral.-S.3.