Şəmkir rayonunda daha üç məktəb binası tikilir

 

Rayon təhsil şöbəsindən aldığımız məlumatda bildirilir ki, son illərdə respublikamızın bütün bölgələrində olduğu  kimi, Şəmkir  rayonunda da 3 yeni   məktəb binasının tikintisi sürətlə davam edir. Hazırda rayonun Səməd Vurğun adına Təzəkənd orta məktəbi üçün 960 yerlik məktəb binasında son işlər başa çatmaqdadır. Heydər Əliyev Fondu hesabına tikilən 880 yerlik Dəllər qəsəbə orta məktəb binasının dam örtüyündə görülən işlər isə tamamlanmaq  üzrədir.

Həmçinin  Təhsil Nazirliyinin  sifarişi əsasında tikilən 960 yerlik  Zəyəm Cırdaxan 1 nömrəli orta məktəbinin tikintisində  işlər davam edir. Bir sözlə, Şəmkir  rayonunda inşa edilən üç məktəb binasının yeni tədris  ilinədək şagirdlərin ixtiyarına verilməsi nəzərdə tutulub.

 

 

Azərbaycan müəllimi.-2010.-12 fevral.-S.5.