"Öyrədənləri öyrədən" statusu almış təlimçilərin fəaliyyətinin gücləndirilməsi tədbirləri haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Ümumi təhsilin məzmununun, şagird nailiyyətlərinin qiymətləndirilməsi meyarlarının mütərəqqi dünya təcrübəsi əsasında yeniləşdirilməsi istiqamətində aparılan islahatlar artıq gözlənilən nəticələri verməkdədir. Bu nəticələr hazırda ardıcıl məqsədyönlü şəkildə tətbiq edilən konseptual xarakterli fənn kurikulumlarında onların tələblərinə uyğun yaradılan müasir yönümlü dərslik komplektlərində, müəllim-şagird münasibətlərinin pedaqoji əməkdaşlıq zəminində qurulmasında, tədris prosesinin səmərəliliyini artıran çevik təlim strategiyalarının bilavasitə təhsilin keyfiyyətinin idarə olunmasını şərtləndirən yeni qiymətləndirmə modellərinin tətbiqində, ümumi təhsilin məqsəd vəzifələrinə əvvəlki dövrlə müqayisədə mahiyyət etibarı ilə tam fərqli yanaşma tərzinin formalaşmasında daha aydın hiss olunur.

Bununla belə, yerlərdə aparılan müşahidələr, mövcud vəziyyətin təhlili göstərir ki,  ümumi təhsil sistemində həyata keçirilən yeni məzmun qiymətləndirmə siyasətini əhatə edən əsas məsələlərlə bağlı maarifləndirmə işlərinin gücləndirilməsinə, bütövlüklə təhsil işçilərinin hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəlmiş zəruri tədbirlərin görülməsinə ciddi ehtiyac vardır.

Həmin problemi nəzərə alaraq, hər bir rayon şəhər üçün yerli pedaqoji kadr potensialından istifadə etməklə daimi fəaliyyət göstərən təlimçilər qrupunun yaradılması qərara alınmış    bu işin yerinə yetirilməsi Təhsil Nazirliyinin 2010-cu il 1 mart tarixli, 249 nömrəli əmri ilə rəsmiləşdirilmişdir. Əmrin icrası ilə bağlı ilk olaraq Bakı şəhəri üzrə təşkil edilən 10 günlük öyrədici təlim kursunda məktəb rəhbərləri, müəllim, metodist məsləhətçilərdən ibarət tərkibdə 230 nəfər təlimçi hazırlanmış onlara müvafiq sertifikat verilmişdir. Həmin təlimçilərin zonalara görə müəyyən olunmuş istinad məktəblərinə təhkim edilməsi ərazidə yerləşən digər məktəblərin təhsil işçilərinə fənn kurikulumlarının qiymətləndirmə mexanizmlərinin tətbiqi istiqamətində metodiki xidməti həyata keçirmələri nəzərdə tutulur.

Bütün bunlarla yanaşı, həmin təlimçilərin səmərəli fəaliyyətinin təmin olunması üçün onların vəzifə funksiyaları səlahiyyətləri dəqiq müəyyən edilməli, görəcəkləri  işlərin planlaşdırılmasına koordinə olunmasına lazımi köməklik göstərilməlidir.

Qeyd olunanları nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

1. Təhsil Nazirliyinin "Öyrədici təlim kurslarının təşkili barədə" 2010-cu il 1 mart tarixli, 249 nömrəli əmrinin icrası ilə əlaqədar yerlərdə davamlı fəaliyyət göstərən təlimçilər qrupunun yaradılması üzrə müəyyən təşkilati əməli işlərin görülməsi nəzərə alınsın.

2. "Kurikulum islahatının davam etdirilməsi kurikulumun tətbiqinə dəstək" alt-komponentinin koordinatoru A.Əhmədov, Kurikulum Mərkəzinin direktoru Ə.Abbasov, TSİİL üzrə LƏQ-in direktoru E.Rüstəmov 2010-2011-ci dərs ili ərzində digər rayon şəhərlərdə eyni məqsədə xidmət edən müvafiq təlimçilər qrupunun formalaşdırılması işini davam etdirsinlər.

3. Yerlərdə fəaliyyət göstərəcək təlimçilər qrupuna aşağıda qeyd olunan istiqamətlərdə təşkilati metodiki köməkliyin göstərilməsi, habelə müvafiq tövsiyələrin hazırlanması Kurikulum Mərkəzinə həvalə edilsin:

3.1. Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) metodkabinetləri ilə zonaların istinad məktəblərinin müəyyənləşdirilməsi təlimçilərin fəaliyyətinin təşkili.

3.2. Təlimçilərin işinin planlaşdırılması.

3.3. Müzakirə üçün aktual məsələlərin müəyyən olunması.

3.4. Təqdimatların, işin nəticələrinə dair hesabatların hazırlanması, seminar "dəyirmi masa"ların, konfransların təşkili.

3.5. Yenilikçilik meyilləri yaradıcı fəaliyyəti ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsinin öyrənilməsi  onlardan istifadə yolları.

3.6. Şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün müvafiq vasitələrin hazırlanması.

4. Yerlərdə fəaliyyət göstərəcək təlimçilərin (təlimçilər qrupunun) hüquq vəzifələrinə aşağıdakılar daxildir:

4.1. Təlimçilərin hüquqları:

4.1.1. Zona üzrə ərazidəki məktəblərin rəhbər pedaqoji heyəti üçün öyrədici xarakterli təqdimatlar, seminar "dəyirmi masa"lar, aktual problemlərə həsr edilmiş digər tədbirlər keçirmək.

4.1.2. Valideynlərlə maarifləndirici tədbirlər təşkil etmək.

4.1.3. Müəllimlərin nümunəvi dərslərinin dinlənilməsini təşkil müzakirə etmək, qiymətləndirmək tövsiyələr vermək.

4.1.4. Yeni məsələlərlə bağlı mərhələlərlə həyata keçirilən tədbirlərin yekununda təhsil işçilərinin hazırlıq səviyyəsinin monitorinqini aparmaq, nəticələri müzakirə edib tövsiyələr hazırlamaq, nəticələr barədə təhsil şöbələrini (idarələrini) məlumatlandırmaq.

4.2. Təlimçilərin vəzifələri:

4.2.1. Yenilikləri müntəzəm izləmək öyrənmək, bunlardan fəaliyyətində istifadə etmək.

4.2.2. Öz fəaliyyətini səmərəli planlaşdırmaq, nəzərdə tutduğu tədbirlərin ardıcıl həyata keçirilməsini təmin etmək.

4.2.3. Müəyyən edilmiş məktəblərdəki pedaqoji işçiləri maraqlandıran problemləri öyrənmək fəaliyyətində nəzərə almaq.

4.2.4. Planlaşdırdığı tədbirlərin qrafikini hazırlayıb təhkim olunduğu məktəbin rəhbərliyinə müəllimlərə çatdırmaq.

4.2.5. Planlaşdırdığı mövzular üzrə müvafiq təlim materialları tərtib etmək.

4.2.6. Fəaliyyətinin nəticələrinə dair yarımillik illik hesabatlar hazırlayıb yerli təhsil orqanının metodkabinetinə təqdim etmək.

5. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri:

5.1. Bu əmrin məzmun mahiyyətinin bütün ümumtəhsil məktəblərinin direktorlarına çatdırılıb lazımi izahat işlərinin aparılmasını təmin etsinlər.

5.2. Metodkabinetlərin illik fəaliyyət planında təlimçilər qrupunun işinin tənzimlənməsinə, onlara hərtərəfli köməklik göstərilməsinə yönəlmiş tədbirlərin nəzərdə tutulmasını diqqət mərkəzində saxlasınlar.

5.3. Vəzifə funksiyalarını keyfiyyətli yerinə yetirmələri üçün təlimçilərin hər birinə normal şərait yaradılmasını, onların müəyyən olunmuş məktəblərin pedaqoji işçiləri ilə səmərəli əməkdaşlığını təmin etsinlər.

5.4. Ərazi üzrə istinad məktəblərini İKT avadanlığı, proyektor digər zəruri texniki vasitələrlə, tədris-metodik vəsaitlərlə təchiz etsinlər.

5.5. Təlimçilərin apardıqları monitorinqlərin nəticələrini şura iclaslarında müzakirə edib, aidiyyəti üzrə müvafiq tədbirlər həyata keçirsinlər.

5.6. Tapşırılmış işə məsuliyyətlə yanaşan uğurlu nəticələr qazanan təlimçilərin əməyinin stimullaşdırılması rəğbətləndirilməsi istiqamətində müvafiq tədbirlər görsünlər.

6. Məcburi köçkün rayonlarının təhsil şöbələrinə tapşırılsın ki, tabeliklərindəki ümumtəhsil məktəblərinin respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərdiyini nəzərə alaraq, öz rayonları üzrə müstəqil təlimçilər qrupları yaradılması imkanları, yaxud məktəblərin yerləşdikləri ərazidə yerli təhsil şöbələri (idarələri) tərəfindən müvafiq zonaya daxil olunmasının məqsədəuyğunluğu barədə təkliflərini 1 ay müddətinə müəyyənləşdirib nazirliyə təqdim etsinlər.

7. "Kurikulum islahatlarının davam etdirilməsi kurikulumun tətbiqinə dəstək" alt-komponentinin koordinatoru A.Əhmədov, Kurikulum Mərkəzinin direktoru Ə.Abbasov yerlərdə təlimçilər qrupunun fəaliyyətini, onların işinin tənzimlənməsini daim nəzarətdə saxlasınlar. Bu məqsədlə təlimçilər metodkabinetlərin direktorları ilə Kurikulum Mərkəzində, habelə rayon şəhərlərdə görüşlər keçirib mövcud vəziyyəti təhlil etsinlər, prosesində müşahidə olunan problemlərin həllinə yaxından köməklik göstərsinlər.

8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

9. Əmrin icrasına nəzarət nazir müavini, TSİİL üzrə milli əlaqələndirici İ.İsgəndərova həvalə olunsun.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

7 iyul  2010-cu il

 

 Azərbaycan müəllimi.- 2010.- 23 iyul.- S.2.