Qərarın elan edilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydalarının təsdiq edilməsi haqqında" 22 iyun 2010-cu il tarixli 115 nömrəli qərarını elan edirəm:

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

QƏRARA ALIR:

 

1. "Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

A.RASİZADƏ,

Azərbaycan Respublikasının Baş naziri"

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarının icrası ilə əlaqədar

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 22 iyun tarixli 115 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları" icra və rəhbərlik üçün əsas tutulsun.

2. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Nazirliyin nəzdindəki və özəl ümumi təhsil müəssisələrinin rəhbərləri bu Qaydalarla əlaqədar pedaqoji kollektivlər və valideynlər arasında maarifləndirmə işlərinin təşkilini təmin etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin əlavəsi ilə birlikdə "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

1 iyul 2010-cu il

 

 Azərbaycan müəllimi.- 2010.- 9 iyul.- S.2.