Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları

 

Təhsil Nazirliyinin 16.06.2010-cu il tarixli, 796 nömrəli əmri ilə təsdiq edilmişdir.

 

1. Bu "Qaydalar" "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa uyğun hazırlanmışdır məktəb yaşına çatmayan uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı prosedurları müəyyən edir.

2. Ümumtəhsil məktəblərinin I sinfinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli fizioloji cəhətdən  sağlam uşaqlar qəbul edilirlər.

3. İstisna hallarda 6 yaşı sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə tamam olmuş istedadlı uşaqlar məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər.

4. Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar qəbul edilir.

5. Komissiyanın rəyi əsas tutulmaqla vaxtından əvvəl I sinfə qəbuluna razılıq verilmiş uşaqlar haqqında yerli təhsil orqanlarına məlumat göndərilir. Həmin uşaqların müvafiq məktəblərin I sinfinə qəbulu mövcud qaydalar üzrə rəsmiləşdirilir.

6. Naxçıvan MR ərazisində  uşaqların vaxtından əvvəl I sinfə qəbulu bu "Qaydalar" əsasında Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

 

 

Azərbaycan müəllimi.- 2010.- 9 iyul.- S.2.