Səhnəciklər bayram əhvalını yüksəltdi

 

İyunun 1-də Bakıdakı 68 nömrəli körpələr evi-uşaq bağçasında 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə bağçanın  kollektivi ilə birlikdə valideynlər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan bağçanın müdiri Ofelya İmamverdiyeva uşaqları əlamətdar gün münasibətilə təbrik edərək onlara xoş arzularını bildirdi. Son illər ölkəmizdə təhsilin ilkin pilləsi sayılan məktəbəqədər təhsilə göstərilən diqqət qayğıdan danışan O.İmamverdiyeva bu işdə möhtərəm Prezidentimiz İlham Əliyevin misilsiz xidmətlərini vurğuladı.  O, bu il bağça həyatına əlvida deyərək məktəbə qədəm qoyacaq uşaqlara uğurlar dilədi onları məktəb təliminə hazırlayan tərbiyəçilərin, xüsusilə Sevinc İskəndərova Gültəkin Dadaşovanın əməyini yüksək qiymətləndirdi.

Sonra uşaqlar musiqili-əyləncəli oyunlar nümayiş etdirdilər. Orta yaş qrupu uşaqlarının "Cücələrim" mütəhərrik oyunu tədbirə xüsusi rəng qatdı. Məktəbəhazırlıq qrupu uşaqlarının nümayiş etdirdiyi səhnəciklər bayram ab-havasını daha da yüksəltdi.

Tədbirin sonunda valideynlər çıxış edərək belə şəraitin yaradılmasına görə bağçanın rəhbərliyinə kollektivinə minnətdarlıq etdilər.      

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2010.- 4 iyun.- S.8.