Fəridin uğurları

 

Haqqında söhbət açmaq istədiyimiz Fərid Abdullayev Ağcabədi şəhər 1 nömrəli orta məktəbin 5-ci sinfində oxuyur. O, kiçik yaşlarından şahmata böyük maraq göstərir. Elə buna görə 2007-ci ildən Ağcabədi Rayon Uşaq-Gənclər Şahmat Məktəbində məşğul olur. Şahmat məktəbinin direktoru ustalığa namizəd Cavanşir Məmmədov Fəridin uğurlarından söhbət açaraq bildirdi ki, o, 2009-cu ilin 21-30 avqust tarixlərində Quba şəhərində keçirilən "Təhsil" Respublika İdman Mərkəzinin şahmat üzrə açıq respublika çempionatında 10 yaşlı şahmatçılar arasında I yerə, 2010-cu ilin 19-28 fevral tarixlərində İsmayıllı rayonunda keçirilən respublika şahmat turnirində III yerə layiq görülüb. 2010-cu ildə Fərid daha bir uğura imza atıb. O, bu il martın 9-18-də Saatlı rayonunda keçirilən Uşaq-Gənclər Şahmat Məktəbləri  komandalarının  respublika birinciliyinin zona yarışında I yeri tutaraq finala vəsiqə qazanıb.

Fərid qarşıdan gələn yarışlarda da qaliblər sırasında olmaq üçün var qüvvəsi ilə çalışır.

 

 

ƏDALƏT

 

Azərbaycan müəllimi.- 2010.- 4 iyun.- S.8.