"Yol hərəkəti qaydalarını öyrənirik"

 

Dünya Bankının Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyilə "Oriqami" Uşaq Yeniyetmələr İctimai Birliyi iyunun 3-dən Suraxanı rayonu ərazisində yerləşən 5, 19, 268, 313 nömrəli körpələr evi - uşaq bağçalarında "Yol hərəkəti qaydalarını öyrənirik" layihəsinin icrasına başlamışdır. Layihə avqustun 8-dək davam edəcəkdir.

Yolda nəqliyyat vasitələrinin hərəkəti uşaqlar üçün həm maraqlı, həm təhlükəlidir. Uşaqlar üçün marağın çox, təhlükənin az olması yol hərəkəti qaydaları haqqında müəyyən anlayışların qavranılması məqsəd ilə onlara məktəbəqədər yaş dövründə hərəkətin təhlükəsizliyi qaydalarını öyrətmək uşaqlarda yol hərəkəti qaydalarına əməl etmə vərdişlərini tərbiyə etmək lazımdır. Bu məqsədlə "Oriqami" Uşaq Yeniyetmələr İctimai Birliyi Dünya Bankının Azərbaycan nümayəndəliyi ilə Suraxanı rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələrində 2 ay müddətində "Yol hərəkəti qaydalarını öyrənirik" layihəsini həyata keçirir.

Layihə çərçivəsində 5 məktəbəqədər uşaq müəssisəsinin yuxarı yaş (4-5) məktəbəhazırlıq (5-6) qruplarında tərbiyə olunan uşaqlarda təhlükəsiz hərəkət davranışlarının öyrədilməsi nəzərdə tutulmuşdur.

Qruplarda, - açıq havada ya məşğələ otaqlarında, uşaqlara əyləncəli oyun şəklində, yol hərəkətinin təhlükəsizliyi barəsində yeni biliklərin aşılanması nəzərdə tutulur.

 

 

Türkan NƏSİBOVA

 

Azərbaycan müəllimi.- 2010.- 11 iyun.- S.4.