Həmyerlilərimiz Beynəlxalq Şahmat turnirində uğurla çıxış etmişlər

 

"Təhsil" Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri bu il mayın 22-dən iyunun 3-dək Ukraynanın Aluşta şəhərində keçirilən Beynəlxalq Şahmat turnirində uğurla çıxış etmişlər. Turnir iki yarımqrupda, 1-ci beynəlxalq qrossmeyster, 2-ci isə beynəlxalq usta norması üzrə keçirilmişdir.

 Məktəbin yetirməsi Aqil Pirverdiyev beynəlxalq qrossmeyster norması üzrə keçirilən yarışda müvəffəqiyyətlə çıxış edərək 9 mümkün xaldan 5 xal toplamış və beynəlxalq qrossmeyster normasının 1 balını yerinə yetirmişdir. Kənan Heydərli isə beynəlxalq dərəcəli usta normasının 1 balını yerinə yetirmişdir.

Məktəbin digər yetirmələri Kənan İzzət və Ülvi Sadıxov da turnirdə reytinqlərini yüksəltmişlər.

 

 

Rahib MƏSTANOV

 

Azərbaycan müəllimi.- 2010.- 11 iyun.- S.8.