"Şəbəkə" Xeyriyyə Təşkilatının "son zəng" səfəri

  

Bakı Kompüter Kollecinin  "Şəbəkə" Xeyriyyə Təşkilatı son dərəcə mühüm müqəddəs missiyanı - xalqımızın mentalitetinə, mədəniyyətinə əsrlər boyu formalaşmış ənənəsinə xas olan ən gözəl keyfiyyətləri özündə nümayiş etdirməklə, uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın məcburi köçkün ailələrindən olan, valideyn himayəsindən məhrum, fiziki problemli uşaqlarin əsl vətənpərvər kimi formalaşmasına yönəlmiş xeyriyyəçilik aksiyasını həyata keçirməyi öz öhdəsinə götürmüşdür.

Təşkilatın çoxsaylı layihələrindən birizünə inan!" adlanır. Layihə eşitmə qüsuru olan yeniyetmələrin, məktəblilərin müasir informasiya texnologiyalarından istifadəetmə bacarıqlarının aşkara çıxarılması inkişaf etdirilməsi məqsədi ilə yaradılmışdır. Bu layihənin həyata keçirilməsi məqsədi ilə təşkilatın üzvləri  Bakı şəhər  1 nömrəli internat-məktəbdə olmuş, məktəbin direktoru  Tanrıverdi Əliyevlə söhbət etmiş, öz məqsədlərini anladaraq  əməkdaşlıq təklif etmişlər. "Özünə inan!" BKK-nın tələbələri 1 nömrəli internat-məktəbin şagirdlərinin dostluğunun qurulmasına  əməkdaşlığına kömək edən bir xeyriyyə layihəsi oldu. Layihəyə BKK-nın 30-dan çox tələbə müəllimi cəlb olunmuşdur.

Bu gün fərəhlə demək olar ki, iki təhsil ocağı arasında dostluq körpüsü qurulmuş, kompüterdə işləməyi bacaran, İT-dən istifadə edərək birgə layihələr yarada bilən gənclər birliyi formalaşdırılmışdır.

"Özünə inan!" layihəsi 2009-cu ilin payızından 2010-cu ilin may ayına qədər davam etdi. Bu müddət ərzində kollecin  "könüllüləri" həftədə 2 dəfə olmaqla  internat-məktəbə gedir məktəbin şagirdlərinə kompüterlərin təmiri, texniki xidməti  "MS Office" proqramları ilə işləməyi öyrədirdilər.

Kollecin müəllim tələbələrinin internat-məktəbə növbəti səfəri "son zəng" günü oldu. BKK-nın müəllimləri Gülnarə Həsənova, Nəcibə Qəhrəmanova, Mənzər Bağırova 20-dən artıq tələbə dostlarının əlamətdar günündə iştirak etdilər.  Tədbirdə  edilən çıxışlar söylənilən təbriklər, rəqs edən, şənlənən məzunların səssiz dünyasına sanki bir nəfəs gətirmişdi. 35 məzunu olan internat-məktəbdə həmin gün süzülən göz yaşları sevinc hisslərinin təzahürü idi. Çıxış edən valideynlər  1 nömrəli internat-məktəbin direktoruna, fənn müəllimlərinə, tərbiyəçilərə səmimi təşəkkürlərini bildirdilər.  Sonra məktəbin direktoru T.Əliyev çıxış edərək  gələn qonaqları - BKK-nın nümayəndələrini təqdim etdi. O, şagirdlərinin  İKT vərdişlərinin inkşafına yardımçı olmuş,  internat-məktəbin  müəllimləri ilə əməkdaşlıq edərək müasir texnologiyalardan, elektron informasiya resurslarından istifadə imkanlarının artırılması  işində onlara yaxından kömək etmiş  "könüllüləri" salamladı, xeyriyyə işlərinə görə BKK-nın direktoru İradə Səfərova başda olmaqla təşkilatın bütün üzvlərinə dərin minnətdarlığını bildirdi.

Kollecin müəllimi Nəcibə Qəhrəmanova çıxış edərək informasiya texnologiyaları ilə tanışlığın komandada işləmək bacarıqlarının  gələcək həyatlarında, sosial fəaliyyətlərində məzunlara daha çox fayda verəcəyinə inandığını bildirdi, internat-məktəbin bütün şagirdlərinə uğurlar arzuladı.

Məzunlara könüllü xeyriyyəçilərin tədris ili ərzində internat-məktəbin şagirdləri ilə  çəkdirdikləri şəkillərdən ibarət fotoalbom hədiyyə edildi.

 

 

  Sifai SƏFƏROVA

 

 Azərbaycan müəllimi.- 2010.- 11 iyun.- S.5.