Bakı və Sumqayıt məktəblərinin XI siniflərində buraxılış imtahanları
keçirildi
İmtahanların gedişini valideynlər və kütləvi informasiya vasitələrinin nümayəndələri
də izlədilər.
İyunun 16-da Bakı və Sumqayıt şəhərlərinin
ümumtəhsil məktəblərinin
XI siniflərində buraxılış
imtahanları keçirildi.
Bakı şəhəri
üzrə 73 imtahan mərkəzində 24933, Sumqayıt
şəhəri üzrə
11 imtahan mərkəzində
4083 şagird imtahan verdi.
Həmin gün Bakı şəhəri üzrə ötən tədris illərində attestat ala bilməyən
1790 nəfər də
4 imtahan mərkəzində,
Sumqayıt şəhəri
üzrə isə 240
nəfər 1 imtahan mərkəzində imtahan
verib.
Qeyd edək
ki, iyunun 16-da ümumilikdə Bakı şəhəri üzrə
77 imtahan mərkəzində
26723, Sumqayıt şəhəri
üzrə isə 12 imtahan mərkəzində
4323 şagird imtahan verib.
Həmin gün Təhsil Nazirliyinin təşəbbüsü
ilə XI siniflərdə
keçirilən buraxılış
imtahanlarının gedişini
izləmək məqsədilə
valideynlər və
KİV nümayəndələrindən ibarət müşahidə
qrupu təşkil olundu. Təhsil Nazirliyinin,
Valideyn-Müəllim Assosiasiyasının
nümayəndələri də
bu qrupda iştirak edirdilər.
İştirakçılar imtahan prosesini öncə "Ankara məktəbi"
məktəb-liseyində müşahidə
etdilər.
Binanın 3 mərtəbəsində yerləşən
sinif otaqlarında təşkil edilmiş imtahan prosesinə 5 imtahan rəhbəri nəzarət edirdi. Qrupun üzvləri
ilə birlikdə ayrı-ayrı sinif otaqlarında imtahan prosesini izlədik, sualların necə tərtib olunması ilə bağlı onbirincilərin fikirləri
ilə maraqlandıq, imtahan rəhbərləri
və nəzarətçilərdən
bu təhsil ocağında keçirilən
buraxılış imtahanları
haqqında ətraflı
məlumat aldıq.
İmtahan rəhbərləri təşkilati məsələlərdə
heç bir problemin yaranmadığını,
prosesin təlimata uyğun aparıldığını
bildirdilər.
Müşahidəçilər məktəb-liseyin həyətində toplaşan valideynlərlə də söhbət etdilər. Onlar burada imtahanın təşkilindən çox razı qaldıqlarını bildirdilər. İmtahanın gedişini izləmək məqsədi ilə 229 nömrəli məktəbdə də olduq. Burada da valideynlər imtahanların çox obyektiv aparıldığını bildirdilər. Bir neçə valideyn və imtahan rəhbəri ilə birlikdə sinif otaqlarını gəzərək imtahanların gedişini izlədik.
Onbirincilər yaradılan şəraitdən razı qaldıqlarını, ayrı-ayrı fənlər üzrə hazırlanmış testlərdə çətinlik çəkmədiklərini bildirdilər.
İmtahanların gedişini izlədiyimiz növbəti təhsil ocağında - 175 nömrəli məktəbdə də hər kəs bu prosesin çox şəffaf və obyektiv keçirildiyini qeyd etdi. Valideynlər övladlarının biliyinin düzgün qiymətləndiriləcəyinə əmin olduqlarını dedilər.
Sonda Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri, filologiya elmlər doktoru Təranə Hacıyeva buraxılış imtahanlarına dair ətraflı məlumat verdi və bununla bağlı jurnalistləri maraqlandıran çoxsaylı sualları cavablandırdı. Eyni zamanda şöbə müdiri bildirdi ki, ölkə üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri yaxın 4-5 gün ərzində açıqlanacaq.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2010.- 18 iyun.- S.1.