NDU-nun bir qrup tələbəsi Türkiyə universitetlərində internatura kursu keçib 

 

Naxçıvan  Dövlət  Universitetinin tibb  fakültəsinin bir qrup tələbəsi Türkiyə Cümhuriyyətinin  Kayseri - Erciyez, Elazığ - Fırat İzmit - Kocaeli universitetlərində 6 - 9 ay müddətində  internatura kursunda olmuşdur.

Bu yaxınlarda həmin  tələbələrlə  görüş keçirilmişdir. Görüşdə çıxış  edən rektor, akademik  İsa  Həbibbəyli    qardaş  respublikanın  ali  məktəbləri  ilə  bir  çox sahələrdəki   sıx əməkdaşlıqdan söz açmış, belə təcrübələrin  tələbələrin bilik bacarıqlarının  artırılmasına  xidmət etdiyini  vurğulamışdır. Qeyd olunmuşdur ki,   ölkədə  elmin, təhsilin  inkişafına, yüksək bilikli kadrların  yetişməsinə  böyük  qayğı  var    bunun  nəticəsidir ki, bu gün ali məktəb tələbələri  dünyanın  müxtəlif məşhur ali təhsil müəssisələrində istehsalat  təcrübəsi, internatura  kursları  keçir, dünya  elm təcrübəsini öyrənərək milli  təhsil sistemində  tətbiq edirlər.  Cəmiyyətin  sağlam  gələcəyinin savadlı həkimlərdən asılı   olduğunu  vurğulayan  rektor  muxtar  respublikada  Naxçıvan  MR  Ali  Məclisinin sədri Vasif Talıbovun birbaşa tövsiyəsi tapşırığı  əsasında  məzunların  istiqamətləndirilməsi,  təyinatlandırılması işinə xüsusi  diqqət göstərildiyini, onların istər şəhər, istərsə rayon tibb ocaqlarında  işlə təmin olunduğunu diqqətə çatdırmışdır. 

Naxçıvan MR səhiyyə naziri Niyazi Novruzov çıxışında məzunları internatura dövründə təqdirəlayiq fəallıqlarına görə təbrik etmiş, onlara işgüzar həyatda uğurlar diləmişdir.

Tibb fakültəsinin dekanı, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Bəhruz Məmmədov Naxçıvan  Dövlət Universitetinin Türkiyə  Cümhuriyyətinin universitetlərinin  tibb fakültələri ilə əlaqələri, eləcə 2009 - 2010-cu tədris ilində Türkiyədə internatura kursu keçmiş tələbələr haqqında danışmışdır. Məzunlardan Roza  Qasımova,  Anar Musayev çıxış edərək  muxtar  respublika universitet  rəhbərliyinə bu yüksək qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.  Tibb fakültəsinin məzunlarından aspirant Elmar Rzayevin  tibb  elmləri üzrə  fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasının avtoreferatı da tədbir iştirakçılarına paylanmışdır.

Sonda universitet rəhbərliyi  tərəfindən internatura keçmiş tələbələrə tibb sahəsinə aid dərslik   internatura keçdikləri ali məktəblərin sertifikatları təqdim olunmuşdur.

 

 

Nərmin CƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2010.- 18 iyun.- S.1.