Pərvin beynəlxalq yarışlara hazırlaşır

 

Pərvın Hüseynov 1995-ci ildə Ağdamın Zəngişalı kəndində anadan olub.Doqquzuncu sinif şagirdidir. Cüdo güləş növü üzrə dəfələrlə çempion adını qazanıb. 

İlk qələbə sevincini isə cəmi 26 kq çəkisi olanda yaşayıb. Ağdam Uşaq-Gənclər İdman Məktəbinin cido üzrə açıq birinciliyində yüksək nəticə göstərib.

2007-ci ildə Pərvin Hüseynov yeniyetmələr arasında Respublika günü münasibətilə keçirilən cüdo üzrə turnirdə 3-cü yeri tutub. Həmin ilin iyulunda Maştağa Olimpiya İdman Mərkəzinin açıq birinciliyində 27 kq çəki dərəcəsində ən yüksək nəticə göstərib.

"Təhsil" Respublika İdman Mərkəzinin Gəncə filialının açıq birinciliyində 2-ci yeri tutan Pərvin bir ay sonra - iyunun 22-24-də cüdo idman növü üzrə yeniyetmələr arasında  Silahlı Qüvvələr gününə həsr olunmuş şəhərlərarası respublika turnirində də uğur qazanıb. Həmin il o, Ağdam Rayon  Uşaq-Gənclər İdman Məktəbinin keçirdiyi yarışda da birinci olub.

2007-ci ilin avqustunda yeniyetmələr arasında cüdo üzrə ənənəvi beynəlxalq "Leto-2007"  turnirində öz çəkisində bütün rəqiblərinə qalib gəlmişdir. Həmin il  "Atilla" idman  klubunun  açıq birinciliyində də hamını üstələyib.

2008-ci ilin aprelində ümummilli lider  Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş  1994-1996-cı il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə respublika miqyaslı turnirdə 1-ci pilləyə qalxıb.

2009-cu ilin fevralında "Kano" peşəkar cüdo klubunun keçirdiyi yarışlarda 1995-96-cı təvəllüdlülər arasında da qalib çıxıb.

Pərvinin qatıldığı ,qalib gəldiyi yarışların, turnirlərin sayı onlarcadır. Onun yeni-yeni uğurlar qazanması üçün oxuduğu Zəngişalı kənd orta məktəbinin idman müəllimləri, xüsusilə də məktəbin direktoru Leyla Məmmədova  əllərindən gələn bütün köməklikləri edirlər. 

Hazırda Pərvin Hüseynov var qüvvəsilə beynəlxalq yarışlara  hazırlaşır.

 

 

ƏDALƏT

 

Azərbaycan müəllimi.- 2010.- 18 iyun.- S.8.