Kipr Beynəlxalq Universitetinin
təqdimatı keçirilib
İyunun 16-da "Excelsior" otelində Azərbaycan gənclərini Kipr Beynəlxalq Universitetində təhsil almağa cəlb etmək məqsədi ilə universitetin təqdimat mərasimi keçirildi. Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi, məktəb direktorları, müəllimlər və digər qonaqlar iştirak edirdilər.
Tədbir Kipr Beynəlxalq Universitetinin Azərbaycandakı təmsilçisi "Millenium" turizm şirkətinin təşkilatçılığı ilə gerçəkləşmişdir.Tədbirdə çıxış edən Kipr Beynəlxalq Universitetinin rektoru Mehmet Yüksələn ölkələrimiz arasında mövcud siyasi, iqtisadi, mədəni əlaqələrdən danışdı. Universitetləri haqqında məlumat verərək qeyd etdi ki, bu təhsil ocağında dünyanın 28 ölkəsindən 5 minə yaxın tələbə təhsil alır. Burada tələbələrə 7 ixtisas üzrə təhsil almaq üçün lazımi şərait yaradılıb. Tədbirdə iştirak edən Təhsil Nazirliyinin şöbə müdiri Qulu Novruzov ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın uğurla həyata keçirilməsindən danışdı.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavablar verildi.
Şakir DAYANDUROĞLU
Azərbaycan müəllimi.-
2010.- 18 iyun.- S.7.