Tələbə elmi
konfransının yekunu
Naxçıvan Dövlət Universitetində
2009-2010-cu tədris ilində Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa dair ümumuniversitet elmi konfransı keçirilmiş, 17 bölmə üzrə iclaslarda tələbələrin müxtəlif sahələrdə apardıqları
araşdırmaları, elmi-tədqiqat işləri müzakirə
olunmuşdur. Bu günlərdə tələbələrin
həmin konfransın bölmə iclaslarındakı fəal
iştirakına görə 1-ci, 2-ci və 3-cü dərəcəli
diplomlarla
mükafatlandırılması mərasimi olmuşdur.
Mərasimdə
çıxış edən rektor, akademik İsa Həbibbəyli tələbələrin müxtəlif
ixtisaslar üzrə keçirilən bölmə
iclaslarında nümayiş
etdirdiyi fəallıqdan söz
açmış, onların üstün zəka və
intellektual potensiallarını
yüksək qiymətləndirmişdir. Rektor elmi işlər
üzrə prorektorun Tələbə Elmi Cəmiyyətinin işinin
səmərəli təşkilindəki rolunu
xüsusilə qeyd
etmişdir.
Elmi işlər üzrə
prorektor, fizika-riyaziyyat elmləri namizədi Anar Kazımov tələbələrin
bu elmi hesabatlarının yüksək səviyyədə
keçdiyini bildirmiş və hər bir bölmənin
işindən razılığını ifadə etmişdir.
Sonra mükafatlandırma mərasimi
başlanmışdır. Qeyd edək ki, 1-ci tura 307 tələbə
ilə start verən tələbə elmi konfransının 2-ci
turuna yalnız 152 tələbə vəsiqə qazana bilmiş, onlardan
finala çatmış
100 nəfərdən 32-si 1-ci, 37-si 2-ci, 31-i isə 3-cü dərəcəli diplomlarla
təltif olunmuşlar.
Təltif olunan tələbələrdən Tarix-filologiya
fakültəsinin Jurnalistika
ixtisası üzrə
II kurs tələbəsi
Türkan Hüseynli, Memarlıq və mühəndislik fakültəsinin Energetika ixtisası üzrə II kurs tələbəsi Tehranə
Adıgözəlova, xarici
tələbə Antoni
Mokvunye çıxış edərək
layiq görüldükləri mükafatlara görə minnətdarlıqlarını ifadə
etmiş, bundan sonra da əzmkarlıqla
çalışacaqlarını bildirmişlər.
Nərmin
CƏFƏROVA
Azərbaycan
müəllimi.- 2010.- 18 iyun.- S.7.