Finala vəsiqə
Aysun Bədəlova Ağcabədi
şəhər 2 nömrəli
orta məktəbin IV sinfində oxuyur. Şahmatı çox sevdiyi üçün 2007-ci ildən
rayonun Uşaq-Gənclər
Şahmat Məktəbində
məşğul olur.
Burada keçirilən təlim məşqlərində həmişə
fəallıq göstərir.
Elə bunun nəticəsidir ki, Aysun 2009-cu il 7-17 dekabr tarixlərində Astara şəhərində
keçirilmiş Dünya
Azərbaycanlılarının Həmrəylik Gününə
həsr olunmuş Açıq Respublika Şahmat turnirində III yerə, 2010-cu il 1-10 fevral tarixlərində Bakı şəhərində
keçirilmiş 2 Fevral
- Gənclər Gününə
həsr olunmuş şahmat turnirində II yerə, 2010-cu il 9-18 mart tarixlərində isə Saatlı rayonunda keçirilmiş uşaq-gənclər
şahmat məktəbləri
komandalarının respublika
birinciliyinin zona yarışında II yeri tutaraq finala vəsiqə qazanıb.
Azərbaycan müəllimi.- 2010.- 18 iyun.- S.8.