Ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planlarının təsdiqi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23 iyul 2007-ci il tarixli, 923 nömrəli əmri ilə təsdiq edilmiş fənn kurikulumlarının tədris planlarının tətbiqi ilə əlaqədar

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikasının təlim Azərbaycan, rus, gürcü dillərində olan azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-III siniflərinin 2010-2011-ci dərs ili üçün tədris planları tədris planlarına dair qeydlər təsdiq edilsin (1-6 nömrəli əlavələr).

2. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Dərslik nəşriyyat şöbəsi (F.Şahbazlı) tədris planının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin əlavələrlə birlikdə "Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

12 iyun 2010-cu il 

 

 Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.2.