2010-2011-ci dərs ili üçün ümumtəhsil məktəblərinin tədris planlarının təsdiqi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

1. 2010-2011-ci dərs ili üçün Azərbaycan Respublikasının təlim Azərbaycan, rus, gürcü dillərində olan ümumtəhsil məktəblərinin, ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin IV-XI, azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin IV siniflərinin tədris  planları (əlavə 1-7) və tədris planlarına dair qeydlərlavə 8) təsdiq edilsin.

2. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Dərslik nəşriyyat şöbəsi (F.Şahbazlı) tədris  planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin əlavələrlə birlikdə "Azərbaycan müəllimi" qəzetində nazirliyin "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

12 iyun 2010-cu il

 

 Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.2.