Bu il
buraxılış imtahanlarında müvəffəq qiymət alanların sayı artıb
İyunun 22-də Təhsil Nazirliyində ölkəmizin ümumtəhsil
məktəblərinin XI siniflərində
keçirilmiş buraxılış
imtahanlarının nəticələrinə
həsr olunmuş mətbuat konfransı keçirildi.
Təhsil naziri Misir Mərdanov konfransı açaraq KİV nümayəndələrini salamladı,
dəvəti
qəbul edib gəldiklərinə görə
onlara minnətdarlığını
bildirdi. Ümumtəhsil
məktəblərinin XI siniflərində
mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının
nəticələri ilə
media nümayəndələrini tanış edən nazir imtahanlarda
ölkə üzrə
88815 nəfərin (96,54 faiz)
iştirak etdiyini və onlardan 74832- sinin (84,26 faiz) müvəffəq qiymət
aldığını söylədi.
Təhsil naziri əvvəlki
illərlə müqayisədə
müvəffəq qiymət
alanların sayının
çoxaldığını diqqətə çatdırdı.
Qeyd olundu ki, Bakı şəhərinin
11 rayonundakı, Təhsil
Nazirliyinə tabe olan və ali
təhsil müəssisələrinin
nəzdindəki məktəblər
üzrə imtahanlarda
23222 nəfər XI sinif
şagirdindən 23037-si (99,20
faiz) iştirak edib. Onlardan 21441 nəfər (93,07 faiz) müvəffəq qiymət alıb.
Gəncə, Mingəçevir,
Naftalan, Şirvan və Sumqayıt şəhərləri üzrə
imtahanlarda
8168 şagirdin iştirakı
nəzərdə tutulsa
da, 8048-i (98,53 faiz) bu imtahanlara qatılıb və 7420-si
(92,20 faiz) müsbət
nəticə göstərib. Ölkəmizin
59 kənd rayonunun ümumtəhsil məktəblərinin
XI siniflərini bitirmiş 60152 nəfərdən 57273-ü (95,21 faiz)
imtahanda iştirak edib və onlardan
45515-i (79,47 faiz) müvəffəqiyyət
qazanıb.
Bakı şəhəri
məktəbləri üzrə
imtahanlarda 24933, Sumqayıt
şəhəri üzrə
isə 4083 nəfər
iştirak edib. Bakı şəhəri üzrə ümumi nəticə 92,74 faizdir. Bakı şəhərinin
rayonları arasında
ən yüksək nəticə - 95,45 faiz Xətai rayonuna məxsusdur. Nazir paytaxtın digər rayonlarında,
eləcə də respublikanın bölgələrində
keçirilən
imtahanların nəticələri
ilə bağlı statistik rəqəmləri
açıqladı, bu il 14 minə yaxın XI sinif şagirdinin bir və ya
bir neçə fəndən qeyri-kafi qiymət aldığını
bildirdi.
Verilən məlumatdan
aydın oldu ki, cari dərs
ilində müxtəlif fənn olimpiadaları və beynəlxalq səviyyəli idman yarışlarının qalibi
olduğuna görə
51 və müvafiq qaydalar əsasında - xəstə olmaları, evdə təhsil almaları və digər səbəblərdən isə 551 nəfər buraxılış
imtahanlarından azad olunub.
Nazir
eksternat qaydasında
imtahan vermək üçün
də hər cür şəraitin yaradıldığını, əsas
və orta təhsil kursu üzrə 103, habelə bu il buraxılış imtahanlarında
üzrlü səbəbdən
iştirak etməyən
13 nəfərin iyunun
23-də həmin qayda
ilə imtahan verəcəyini bildirdi.
Təhsil naziri imtahanlarla
bağlı yaradılmış
apelyasiya komissiyasının
fəaliyyətə başladığını
qeyd etdi. Şagirdlərin
apelyasiya müraciətlərinin
təhsil aldıqları
rayon və şəhərlərin
təhsil şöbələrində qəbul
edildiyini deyən nazir Bakı şəhərində həmin komissiyanın 276 nömrəli
məktəbdə təşkil
olunduğunu söylədi.
Qeyd olundu ki, yerlərdə imtahanlarla bağlı ərizə və şikayətlərin qəbulu
2010-cu il 26 iyun tarixinədək davam edəcək.
Mətbuat konfransında
daha sonra bildirildi ki, ötən tədris illərində mərkəzləşdirilmiş
qaydada keçirilmiş
buraxılış imtahanlarında
bir və ya bir neçə
fəndən qeyri-kafi
qiymət almış 8586 nəfər imtahan vermək üçün
müraciət edib,
6413 nəfərin (74,69 faiz) orta təhsil kursu üzrə təkrar buraxılış imtahanlarında
iştirakı təmin
olunub. Onlardan 3852 nəfər (60,07 faiz) müvəffəq, 2173 nəfər
(25,31 faiz) isə qeyri-kafi qiymət alıb. Nazir orta təhsil kursu üzrə buraxılış imtahanlarının
nəticələrinin yekunlaşdırıldığını,
imtahan aparılan fənlər üzrə imtahan verənlərin attestatına
yazılan yekun qiymətləri barədə
məlumatların Təhsil
Nazirliyinin İnternet saytının
(www.edu.gov.az) imtahan bölməsində
yerləşdirildiyini və
bu il tətbiq
edilən yeniliklərdən
birinin gənclərin İnternetdən imtahanların nəticələri ilə
yanaşı, onlara verilən attestatların seriya və nömrələrini də
öyrənə bilmələri
olduğunu söylədi.
Təhsil naziri Bakı
və Sumqayıt şəhərlərində artıq attestatların verilməsinə başlanıldığını
diqqətə çatdırdı.
Nazir Misir Mərdanov ölkənin orta ümumtəhsil
məktəblərində mərkəzləşdirilmiş
qaydada keçirilən
buraxılış imtahanlarına
ildən -ilə daha məsuliyyət və tələbkarlıqla
yanaşıldığını deyərək, bunun şagirdlərin imtahan nəticələrinə öz
müsbət təsirini
göstərdiyini söylədi.
Orta təhsil kursu üzrə mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının
əhəmiyyətinə toxunan
nazir onu da bildirdi ki,
XI sinfin attestatını
almaq üçün
şagird minimum biliyə
və bacarığa malik olmalıdır.
Nazir daha sonra ölkə təhsilində
tətbiq edilən yeni qiymətləndirmə
sistemindən, məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə
proqlamlarının həyata
keçirilməsindən, bu
sahədə görüləsi
vacib işlər barədə ətraflı söz açdı.
Konfransın sonunda təhsil naziri Misir Mərdanov
KİV nümayəndələrinin çoxsaylı suallarını
cavablandırdı.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.1, 6.