"Əlvida, bağça, salam, məktəb"

 

Bakıdakı 175 nömrəli uşaq bağçasında  6  qrupda  150-dən çox uşaq tərbiyə olunur. Onlardan 38-i 2010-2011-ci dərs ilində ilk  dəfə  əlinə çanta alıb məktəbə gedəcək. Bu münasibətlə iyunun 24-də tərbiyə ocağında  "Əlvida  bağça,  salam  məktəb"  adı  altında  tədbir  keçirildi.  Tədbirdə  Təhsil Nazirliyindən,  yerli  icra  hakimiyyətindən  nümayəndələr,  millət vəkilləri    digər  qonaqlar  iştirak  edirdilər.

Tədbiri giriş sözü ilə məktəbə hazırlıq qrupunun tərbiyəçisi Sevinc Behbudova açaraq balaca fidanları onların valideynlərini təbrik etdi. Tədbir iştirakçıları alqışlarla balacaları səhnəyə dəvət etdilər. Fidan məzunlar bir-birindən maraqlı rəqs nömrələri, səhnəciklər göstərərək tədbiri unudulmaz xatirəyə çevirdilər.

Tədbirdə iştirak edən Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov balaca fidanları onların valideynlərini təbrik etdi. Bu gözəl tədbirin yüksək səviyyədə hazırlanmasına görə tərbiyə ocağının rəhbəri Zemfira xanıma kollektivə təşəkkürünü bildirdi.

Mərasimin sonunda balacalar "Əlvida bağça" şeiri ilə tərbiyə ocağına əlvida dedilər.

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.11.