Almaniyada peşə təhsili
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə "Dünyaya baxış" (World Vision) humanitar təşkilatının birgə həyata keçirdikləri "Gənclərin inkişafı və məşğulluq şəbəkəsinin yaradılması" layihəsi çərçivəsində nazirliyin bir qrup əməkdaşı bu günlərdə Almaniya Federativ Respublikasında səfərdə olmuşdur. Onlar Bonn şəhərində federal səviyyədə peşə təhsili ilə məşğul olan müəssisələrdə, təhsil departamentlərində, məktəblərdə olmuş, görüş və müzakirələr keçirmişlər.
Almaniyanın peşə təhsili təhsilalanların gələcəyinə təminat verir. Almaniyada təhsil iki yerdə aparılır: peşə məktəbində və müəssisədə. Dual (paralel) təhsil sistemi sayəsində gənclər məktəbdə və müəssisədə öz gələcək peşələrinə optimal surətdə hazırlaşırlar. Alman peşə təhsili sisteminin üstün cəhətlərini aşağıda göstərilən 5 fərqlənmə əlaməti ilə xarakterizə etmək olar:
1. Dövlət, iqtisadiyyat və sosial tərəfdaşlar birlikdə peşə təhsilinin çərçivə şərtlərini təmin edirlər.
2. Almaniyada təcrübədən keçirilən peşə təhsilinin məqsədi şagirdlərə səriştəyə yönəlmiş hərtərəfli kompetensiyaların aşılanmasıdır: bu məqsədə çatmağın ən yaxşı yolu bir tərəfdən müəssisədə, digər tərəfdən məktəbdə təlimdir.
3. Bütün müəssisələrdə təhsil standartlarının eyni olması və imtahanlara təqdim olunan vahid tələbat təhsilin keyfiyyətinə zəmanət verir və təhsilin insanların həyatı boyu onları müşayiət etdiyini təsdiqləyir.
4. Fasiləsiz olaraq əmək ehtiyatları bazarı və peşə təhsilinin öyrənilməsi peşə təhsilinin texniki, iqtisadi və ictimai inkişafa adaptasiya olunmasına şərait yaradır.
5. Xüsusi ixtisas və pedaqoji təhsili olan personal şagirdlərdə peşə kompetensiyalarının daimi inkişafına, həmçinin təlim və tədrisin yüksək keyfiyyətinə təminat verir.
Peşə təhsilində şagirdlərin kompetensiyalarının inkişaf etdirilməsi əsasən üç yöndə aparılır:
- Şəxsi və sosial kompetentlilik, yəni daxili motivasiya, kollektivdə işləmək bacarığı və qərar qəbul etmək;
- İstehsalatda işləmək, işçi avadanlıqlarla davranmaq və istehsal prosesini anlamaq;
- Problemi həll etmək üçün həll strategiyası axtarmaq bacarığı və bu strategiyadan çıxış etmək qabiliyyəti.
Hər yerdə
oldugu kimi, Almaniyada da məktəbi
bitirənləri belə bir sual düşündürür:
hara getmək, hansı ixtisası öyrənmək,
hansı ixtisasın perspektivli gələcəyi
var? Almaniyada peşə
təhsilində xüsusi ənənə
var. Məktəbin vəzifəsi yeniyetmələri
cəmiyyətin gələcək həyatına
hazırlamaqdır. Yeniyetmələr peşə məktəbində
və müəssisədə 2-3, 5 il
müddətində təhsillərini davam
etdirirlər. Təlim vaxtı şagirdlər öz
təlim-istehsalat müəssisələrindən təqaüd
alırlar.
Peşə təhsili prosesini həyata keçirmək üçün təlimatları
Peşə Təhsili
üzrə Federal İnstitut
(BİBB) hazırlayır. Bu institutda dual sistemə daxil olan 350 peşə üzrə təlimatlar hazırlanır.
BİBB-in hazırladığı
təlimatlar təhsil
kurikulumlarına uyğunlaşdırılır.
Təlim təlimatları
aşağıda göstərilən
formada hazırlanır:
- Təlimin
adı;
- Təlimin
müddəti;
- Peşənin
profili;
- Kurikulum
çərçivəsi;
- İmtahana olan tələblər.
BİBB 350 peşə üzrə hazırladığı
və ya uyğunlaşdırdığı təlimatlarda hər hansı dəyişikliyi şirkətlərlə, təlim
alanlarla məsləhətləşdikdən
sonra edir. İstehsalatda təlimi işəgötürənlərin
assosiasiyası tərəfindən
yaradılan palatalar-çemberlər
həyata keçirirlər.
Peşə təhsilində
dual sistemi aşağıdakı
kimi başa düşmək olar:
1. Təhsil
2.İstehsalat
Şagirdlər məktəbi necə tapırlar? Əvvəla işəgötürən şirkətlər elanlar verir, bu elanlara
əsasən müraciət
edənləri şirkət
işə qəbul edir, müqavilə bağlayır və işə götürülənin
bacarığından asılı
olaraq ona əməkhaqqı təyin
edir. Şirkət özü işçini
peşə məktəbində
qeydə aldırır
və uyğun məktəbi tapmaq üçün məsuliyyət
daşıyır. Treninq
(təlim) belə olur: məktəbdə müəllim, istehsalatda usta. Şagirdlər iki gün məktəbdə nəzəri
dərslər, üç
gün isə çemberlərdə istehsalat
təlimi keçirlər.
Şirkətdə işləyən
təcrübəli ustalar
öz iş günlərinin yarısını
şirkətdə, yarısını
isə çemberlərdə
şagirdləri öyrətməklə
məşğul olurlar.
Çemberləri ən yeni texnologiyalara uyğun avadanlıqlarla təmin etməkdə şirkətlər
özləri maraqlıdırlar.
Çemberlər təlimə, monitorinqə
və imtahanların keçirilməsinə məsuliyyət
daşıyırlar. Çemberlər İqtisadiyyat Nazirliyinə
tabedirlər. Təhsil Nazirliyi
tərəfindən hazırlanan
kurikulumları İqtisadiyyat
Nazirliyi təsdiq edir. Çemberlərin bütün maliyyə
xərclərini şirkətlər
ödəyirlər. İmtahanların keçirilməsinə çemberlər
cavabdehdirlər. İki
imtahan olur: biri məktəbdə nəzəri imtahan, digəri isə məktəbin iştirakı
ilə istehsalatda. İmtahanların keçirilməsi üçün hər şeyi çemberlər təşkil edirlər.
Çemberlər imtahan tapşırıqlarını
hazırlamaq üçün
öz institutlarına
sifarişlər verirlər.
Öz institutu olmayan çember başqa institutla müqavilə bağlaya bilər. İmtahanların keçirilməsi üçün çember
şirkətdən əlavə
pul alır. İmtahanları müvəffəqiyyətlə
verməyən tələbələr
təkrar təlimə
cəlb olunurlar.
İstehsalatda işləyən mütəxəssislər 2-3 ildən
bir çemberlərdə
ixtisasartırma kursları
keçib sertifikat alırlar. Almaniyada 54 çember var.
Almaniyada 16 federal sistem var və
onlar hərəsi öz ərazisində olan peşə müəssisəsinə cavabdehdirlər. Peşə məktəblərinə
müəllimləri onlar
işə qəbul edirlər. Peşə məktəblərində 119
min müəllim çalışır.
755 min yüksəkixtisaslı usta şirkətlərdə
işləməklə bərabər
öz iş vaxtlarının yarısını
şagirdləri öyrətməklə
məşğul olurlar.
Peşə məktəblərində kadrların 77 faizi şirkətlər, 13 faizi
məşğulluq mərkəzləri,
10 faizi isə dövlət sifarişi əsasında hazırlanır. Çemberlərdə
təlim alan məzunların hər il 2 faizi Almaniyanı tərk edir ki, bu
da təbii hal sayılır. Çünki gənclər dünyanın
bir çox inkişaf etmiş ölkələrinə getməkdə
maraqlıdırlar.
Eksport istiqamətində maraqlı
olan Almaniya hökuməti Avropa və beynəlxalq istiqamətdə
peşə təhsilinin
inkişafında səylər
göstərir. Federal Təhsil
və Elmi-Tədqiqat Nazirliyinin tapşırığı
ilə Peşə Təhsili üzrə
Federal İnstitut- BİBB inkişaf etməkdə olan bir çox ölkələrlə onların
peşə təhsili
sisteminin islahatı və modernləşdirilməsi
sahəsində məsləhətləşmələr
aparır. Peşə təhsili haqqında
qanun qəbul olunan ölkələrdə,
məsələn, Sloveniya,
Türkiyə, Vyetnam və bir çox
ölkələrdə onların
öz istəyi ilə çemberlər yaradılıb. Bu çemberlərdə
təlim keçib sertifikat alan
məzunlar dünyanın
hər yerində öz ixtisasları üzrə işləmək
hüququna malik olurlar. Almaniyada çemberlərin əsas məqsədi beynəlxalq əməkdaşlıq
deyil. Mövcud 54 çemberdən 10-u beynəlxalq əməkdaşlıq
edir.
Təhsil sistemi federal torpaqların təhsil sisteminə uyğundur. Federal torpaqdan
asılı olaraq 9 yaşından 13 yaşına
qədər təhsil
zəruridir. Orta
məktəbdə təhsil
müddəti 9 il davam edir. Sonra tam təhsil almaq
üçün texniki
peşə məktəblərində
təhsili davam etdirmək olar. Əksər
federal torpaqlarda 3 mərhələli
13 illik təhsil sistemi mövcuddur. xalq məktəbi,
real məktəb və
gimnaziya. Ali təhsil
almağa hüquq verən şəhadətnamə
federal torpaqda 12-ci və
ya 13-cü sinifdən
sonra təqdim olunur. Praktik olaraq bütün
yeniyetmələr orta
məktəbdən sonra
təhsillərini təhsilin
yuxarı mərhələsi
olan müəssisələrdə
davam etdirirlər.
Təhsil müəssisələrində
təhsil alanlar həftədə 1 və ya 2 dəfə texniki peşə məktəblərində olurlar.
Təhsil alanlar istəkdən
asılı olaraq universitetləri və yaxud peşə məktəblərini seçə
bilərlər.
Elxan CƏFƏROV,
Sultan ƏSƏDOV
Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.11.