Muzeydə "açıq dərs"

 

Tədris etdiyim Azərbaycan dili  ədəbiyyat fənləri üzrə tez-tez "açıq dərs"lər təşkil edirəm. İnteraktiv təlim metodlarının tələblərinə uyğun olaraq tədris etdiyim mövzularda fəndaxili fənlərarası əlaqələr yaradıram.

Direktorun Azərbaycan dili ədəbiyyat müəllimlərinin iştirakı ilə  Azərbaycan dili fənnindən "Felin təsriflənməyən formaları", ədəbiyyat fənnindən F.Kərimzadənin "Xudafərin körpüsü" romanı, Ş.İ.Xətainin" Dəhnamə" poeması, "M.P.Vaqifin həyat yaradıcılığı" mövzularında keçdiyim "açıq dərs"lərdə interaktiv təlim  metodlarından istifadə etməklə  yüksək nəticələr əldə etmişəm. Dərslərimin bir-birinə bənzəməməsi üçün müxtəlif yanaşma üsullarından istifadə etməyə çalışıram. Səkkizinci sinifdə son "açıq dərs"im Azərbaycanın ilk xalq şairi S.Vurğunun ev-muzeyində oldu. Dərsdə muzeyin əməkdaşları, Azərbaycan dili ədəbiyyat müəllimləri iştirak edirdilər. Şagirdləri "Vətən", "Xalq", "Torpaq" adlı qruplara bölərək, dərsin ilk mərhələsində dahi şairin öz ifasında "Bahar" şeirini səsləndirdim. Sonra isə klaster metodundan istifadə edərək şagirdlərə tapşırıq verdim. Müəyyən olunan vaxt bitdikdən sonra "Xalq" qrupunun lideri  Aynurə Əliyeva sualları cavablandırdı. "Vətən" qrupundan Emin Jalə "Azərbaycan" şeirini söylədilər. Şagirdlər şeiri ifa etdikcə  proyektorla  Vətənimizin gözəl mənzərələrini nümayiş etdirdim. Dərsin birinci mərhələsində qrupları qiymətləndirib, onlara BİBÖ cədvəli təqdim etdim. Şairin həyat yaradıcılığı haqqında  bildiklərini bilmək istədiklərini, öyrəndiklərini yazmağı tapşırdım. Bura şairin şeirlərinin, həyatı haqqında məlumatların, müasirlərinin S.Vurğun haqqında fikirlərinin, şair haqqında xatirələrin aid olduğunu bildirdim. "Xalq" qrupundan  Sənanın sazla ifa etdiyi həzin aşıq havasının sədaları altında Aynurə "Yadıma düşdü" şeirini, "Vətən" qrupundan Aysel Lalə  şairin  müharibə  mövzusunda  yazdığı  şeirini  söylədilər.  "Torpaq" qrupundan Nərmin    Dilarə  müasirlərinin şair haqqında xatirələrini danışdılar. Pərviz unudulmaz şairimizin adının  əbədiləşdirilməsindən  söz  açdı.

Dərsin  ikinci mərhələsində  şagirdlərin biliklərini qiymətləndirdim, üçüncü mərhələdə isə qruplara krossvordlar verdim. Şagirdlərin cavablarını qiymətləndirib, onlara şairin həyat yaradıcılığından bəhs edən testlər verdim. İKT vasitəsilə şairin sözlərinə bəstələnmiş "Bir diyarın eşqinə" mahnısını səsləndirdim. Şagirdlər musiqi sədaları altında testləri cavablandırdılar. Liderlərin təqdimatlarını dinləyib, meyarlar üzrə şagirdləri qiymətləndirdim. Dərsdə fəal iştirak edən qrupu elan etdim. Sonra şagirdlər S.Vurğunun "Vaqif" mənzum dramından bir parçaya tamaşa etdilər. S.Vurğun haqqında şagirdlərə geniş məlumat verdim. Dərsi ulu öndərimiz Heydər Əliyevin 1996-cı il martın 7-də şairin 90 illik yubileyində söylədiyi sözlərlə bitirdim: "Səməd Vurğun böyük şairdir. Şərq aləmində şair həmişə ən yüksək hörmətə layiq olubdur. Azərbaycan dilini hər bir azərbaycanlı üçün doğma, şirin, sevimli dil edibdir. Bu da S.Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərdən biridir".

Dərsin sonunda muzeyin əməkdaşları şagirdlərə S.Vurğunun şeirlər kitabını hədiyyə edib, muzeydəki eksponatlar haqqında məlumat verdilər.

 

 

Təranə BAĞIROVA

 

Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.12.