Şagirdlərin sevimlisi

 

Hər dəfə "müəllim" kəlməsini işlədərkən yadımıza, ilk növbədə, ən yaxşı, ən sevimli müəllimlərimiz düşür. O müəllimlərimiz ki, qayğılı bir təbəssümü ilə qəlbimizi işıqlandırmış, ürəyimizi kövrəltmişlər. O müəllimlərimiz ki, tələb və tapşırıqları ilə bizi zirvələrə yüksəltmişlər. Bizdə həmişə belə müəllimlər olmuşindi də yetərincədir. Bu gün belə müəllimlərdən biri də Bakıdakı 181 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aybəniz  Quliyevadır.

Azərbaycanın qədim tarixə malik olan Beyləqan rayonunun I Şahsevən kəndində dünyaya göz açan Aybəniz müəllim 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinila" qiymətlərlə bitirərək həmin ildən də əmək fəaliyyətinə başlayıb. Zəhmətlə dolu mənalı bir müəllim ömrü yaşayır. Onun işlədiyi  məktəbdə kiçik şagirdlərdən tutmuş direktora kimi  Aybəniz müəllim haqqında nəsə soruşmaq istəsən, ağızdolusu şirin sözlər, hörmətli kəlmələr eşidərsən. Onu bu mərtəbəyə halal zəhməti və  ürəyinin odu gətirib.İşlədiyi müddətdə  başali dərəcəli müəllim kimi aldığı  fəxri adlar, şagirdlərinin fənn olimpiadalarında, inşa müsabiqələrində əldə etdiyi yüksək  nəticələr onun zəhmətinin  nəticəsidir.

"Mənim ən böyük mükafatım şagirdlərimin mənə olan məhəbbətidir. Onların şəfqət və məhəbbət dolu baxışları mənim üçün hər şeydir", - deyən   Aybəniz Quliyeva  müəllimlik sənətini ürəkdən sevir  böyük həvəslə çalışır. Eyni zamanda o, yaxşı  müəllim olmaqla bərabər, həm də gözəl tədqiqatçıdır. 2002-ci ildə respublika üzrə keçirilən "İlin ən yaxşı məruzəsi" müsabiqəsində  birinci yeri tutmuş və hazırda da   Azərbaycan dilini öyrənmək istəyən ingilisdilli əcnəbilər üçün kitab üzərində işləyir. Bizona  bu  yaradıcı işində  uğurlar diləyir və  mənalı günlər arzulayırıq.

 

 

Məmmədxan SOLTANOV

 

          Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.12.