Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı

 

"Təhsilin əsasları" fənninin tədrisinin əhəmiyyəti, onun məqsədi vəzifələri haqqında "Azərbaycan müəllimi" qəzetində bir sıra müəlliflərin geniş mülahizələri verilmişdir.  "Təhsilin əsasları" fənninin məqsədi nəzəri praktik baxımdan səriştəli müəllimlər hazırlamaq, yeni fənn kurikulumlarının uğurla həyata keçirilməsinə nail olmaq, təhsilin ehtiyaclarını reallaşdırmağı bacaran yaradıcı pedaqoji kadrlar yetişdirməkdir.

 

Qoyulmuş məqsədə nail olmaq üçün Azərbaycan Respublikasının təhsil siyasətinin əsas prinsiplərini həyata keçirən, nəzəri bilikləri tətbiq edə bilən, peşə ustalığını artıran, praktik bacarıqlar əldə edən müəllimlər hazırlamaq zərurəti yaranır.

"Təhsilin əsasları" fənninin məzmun xətlərindən biri   cəmiyyətin təhsil ehtiyacları onların hüquqi təminatıdır. Bu məzmun xəttində hər bir tələbə üçün demokratik cəmiyyətin ehtiyaclarını ödəyə bilən, təhsil sistemində maraqlı tərəflərin hüquq, vəzifə məsuliyyətləri ilə tanış olmaqla bir sıra sənədlərin araşdırılması əhəmiyyətli hesab edilir.

Təlim-tədris prosesində belə araşdırmalar müəllim-şagird münasibətlərinin, eləcə təlim mühitinin hüquqi baxımdan düzgün təşkili üçün zəruri hesab edilir. Təhsil alanlar cəmiyyətin (ölkənin, bölgənin, şəhərin, kəndin) təhsil ehtiyaclarını öyrənir, araşdırır, nəticələr əldə edir və təlim prosesində tətbiq edir. Onlar həmçinin cəmiyyətin ehtiyaclarının hüquqi sənədlərdə necə təsbit edildiyini tətbiq etməklə müəyyənləşdirir və bunu təlim prosesində əlaqəli şəkildə təhlil edərək nəticə əldə edir.

Təhsil alanlar Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanunu, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyası,  Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" Qanunu s. kimi sənədləri araşdırır, öz mülahizələrini dəqiqləşdirməklə nəticə əldə edir.

Cəmiyyətdə gedən ictimai, iqtisadi dəyişikliklər, dünyada gedən qloballaşma, eləcə elmi-texniki tərəqqi təhsilin ehtiyaclarını müəyyənləşdirən əsas amillərdir.

Azərbaycan Respublikasının təhsil standartları hazırlananda şagirdlərin, müəllimlərin, valideynlərin, təhsilin digər iştirakçılarının maraq ehtiyacları ciddi şəkildə araşdırılmış bunun əsasında təklif edilən deyil, ehtiyac duyulan məsələləri əhatə edən kurikulumların hazırlanmasına nail olundu. Yəni, cəmiyyətin təhsilə olan ehtiyacları yuxarıdan aşağıya deyil, aşağıdan yuxarıya müəyyən edildi.

Cəmiyyətdə ictimai dəyişikliklər yeni təhsil ehtiyacları tədris olunarkən, totalitar rejimdən demokratik keçidin başlanması, bununla bağlı cəmiyyətin rəyinin həlledici rol oynamağa başlaması, qarşılıqlı münasibətlərin əsasında demokratik prinsiplərin durması ilə bağlı müəllimin sualları əsasında mülahizələr aparılır. Aşağıdakı suallar verilir:

- əvvəllər necə cəmiyyətdə yaşayırdıq, indi hansı cəmiyyətdə yaşayırıq?

- totalitar rejimdə qərarlar necə qəbul edilirdi, bəs demokratik cəmiyyətdə?

- insanlar arasında münasibətlər haqqında deyə bilərsiniz?

Cavablar əsasında ümumiləşmə aparılır müəllim qeyd edir ki, cəmiyyətdə baş verən dəyişikliklər iqtisadi dəyişiklikləri diktə edir:

- planlaşma iqtisadiyyatından bazar iqtisadiyyatına keçid;

- iqtisadiyyatın müxtəlif sektorlarının inkişafının əmək bazarına təsiri;

- əmək bazarında rəqabət;

- bütün vətəndaşların sosial rifahının təmin edilməsi üçün təhsilin əhəmiyyəti.

Slayd izah edilir.

Dünyada gedən qloballaşmanın təhsil qarşısında qoyduğu tələblər eyni qaydada təhlil olunur. Elmi-texniki tərəqqi yeni təhsil ehtiyacları tədris olunanda müəllim sual verir: "Siz Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsini oxumusunuz? Həmin hekayədə Novruzəlinin məktubu poçtla necə göndərdiyi yadınızdadır?". Fərziyyələr dinlənilir.

Müəllim yenə sual verir: "Bəs indi siz məktubu necə göndərirsiniz?". Gəlin müqayisə edək. Müəllim ümumiləşmə aparır. Görürsünüzmü, elm texnikanın inkişafı məlumatların xassələrini, göndərmə vasitələrini, həcmini, keyfiyyətini, sürətini dəyişmişdir. Bu dəyişikliklər təhsilə ciddi təsir göstərmişdir.

Sonra slayddakı elmi-texniki tərəqqi yeni təhsil ehtiyacları mətni təhlil edilərək təhsilin inkişafının əhəmiyyətini qeyd edir:

- elmin, texnikanın sürətli inkişafı informasiya bolluğu yaratdı;

- informasiyaların sürətlə dəyişkənliyi onların yaddaşlarda mühafizə edilməsini azaltdı;

- insanlar artıq informasiya mühafizəçilərinə deyil, informasiya istifadəçilərinə çevrildi;

- informasiyaların əldə edilməsi imkanlarını genişləndirmək üçün müvafiq texnologiyalardan istifadə aktuallaşdı;

- təhsilinzmunu və təlimin təşkili əsaslı şəkildə dəyişildi.

Təhsil ehtiyaclarını təmin edən hüquqi sənədlərlə bağlı qərarlar qəbul edərkən cəmiyyətin ehtiyaclarının qədər əhəmiyyətli olmasını qeyd edərək müəllim bu ehtiyacların hüquqi sənədlərdə öz əksini tapdığını qeyd etdi. Müəllim bu sənədlərin hansılar olduğunu sual verir. Müxtəlif hüquqi sənədlər sadalanır. Auditoriyadan mülahizələr alınır. Slayddakı sənədlərlə müqayisə edilir. Slaydda

- Azərbaycan Respublikasının Konstitusiyası;

- Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanunu;

- Ümumdünya İnsan Haqları Bəyannaməsi;

- BMT-ninaqquqları Konvensiyası var.

Bu sənədlərdə təhsil iştirakçılarının hüquq, vəzifə məsuliyyətləri verildiyi qeyd olunur. "Təhsilin əsasları" fənninin tədrisində təhsil alanlar nəyi öyrənməyin, niyə öyrənməyin necə öyrənməyin mahiyyətini müəyyənləşdirirlər.

Napoleon Bonapartın dediyi kimi, onlar biliyi real şəkildə istifadə etmək üçün toplayır, praktik yönümlü təhsil alırlar. Yeni informasiya-kommunikasiya texnologiyalarına yiyələnirlər. Təhsil alanlar məktəbə idarəçilikdən məlumatlanmışlar kimi gedirlər. Bütün bunlar onların əmək bazarında işləmələrinə stimul yaradır və onların işlə təmin edilməsi üçün sifarişçilərin sayını artırır.

 

 

Rəşid CABBAROV

 

         Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.13.