"Sevgi dolu alim pedaqoq"

 

Aprelin 27-də görkəmli folklorşünas Bəhlul Abdullayevin 70 illik yubileyi keçirilmişdir. Yubileyin keçirilməsinin təşəbbüsçüsü "Dünya" məktəbinin direktoru Nailə İsayeva Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı olmuşlar.

Yubiley alimin yazdığı "Mənim doğma məktəbim" mahnısı ilə açılıb. "Dünya" məktəbi alimin 70 illik yubileyi ilə bağlı "Bəhlul Abdulla-sevgi dolu alim pedaqoq" adlı kitab da nəşr etdirib. Kitabda akademik Teymur Bünyadov, professor Hamlet İsaxanlı, "Dünya" məktəbinin direktoru Nailə İsayeva, professor İsrafil Abbaslı, professor Qəzənfər Paşayev digər məsləkdaşları, tələbələr, şagirdlər ürək sözlərini yazıblar.

"Zirvəyə doğru", "Bilik təcrübəsini paylaşmaqdan həzz alan alim", "Sevgi dolu alim pedadoq", "Müəllim, alim Bəhlul Abdulla, yaxud üç yetimdən biri", "Folklorumuza vicdanla xidmət edən alim haqqında söz", "Sevimli müəllimimiz" s. başlıqlarla təbriklər ürək sözləri qələmə alınıb.

"Dünya" məktəbinin şagirdlərinin iştirak etdikləri yubiley tədbirində əməkdar elm xadimi B.Abdullayev məktəbin direktoru Nailə İsayevaya Xəzər Universitetinin rektoru Hamlet İsaxanlıya, alim dostlarına razılığını bildirib.

 

 

Pərvinə ABBASOVA

 

Azərbaycan müəllimi.- 2010.- 14 may.- S.7.