Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası  Prezidentinin "Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında" 851 nömrəli 13 aprel  2010-cu  il  tarixli  Sərəncamının icrasını təmin etmək məqsədilə 

 

ƏMR EDİRƏM:

 

1. 2012-ci ildə böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim maarifçi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin.

2. Naxçıvan  MR  təhsil naziri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin  müdirləri,  ali,  orta  ixtisas,  texniki peşə  təhsili  müəssisələrinin  rəhbərləri  tədbirlər  planının  icrasını  təmin  etsinlər.

3. İctimaiyyətlə  əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

4. Ümumi şöbə  (H.Məhərrəmova) əmrin və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin.  

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

19 may 2010-cu il 

 

Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.2.