Beynəlxalq musiqi müsabiqəsinin qalibi

 

Azərbaycan Milli Konservatoriyası tərkibindəki İncəsənət Gimnaziyasının VII sinif şagirdi Minirə Nəcəfzadə İspaniyanın Palma de Mallorca şəhərində keçirilən fortepiano ifaçılarının XVII beynəlxalq musiqi müsabiqəsində Azərbaycanı uğurla təmsil edərək I yerə layiq görülüb.

Qızıl medalla təltif olunmuş gənc musiqiçi Azərbaycanı beynəlxalq müsabiqələrdə artıq üçüncü dəfədir təmsil edir. O, 2008-ci ildə Fransada pianoçuların N.Rubinşteyn adına IX İtaliyada P.Arcento adına pianoçuların beynəlxalq müsabiqələrində gümüş medalla təltif olunub.

Bu uğurların qazanılmasında onun müəllimi - istedadlı musiqiçi Zemfira Hüseynovanın xüsusi rolu var. Müəllimi Minirə Nəcəfzadənin gələcəkdə Azərbaycanı dünyada uğurla təmsil edəcəyinə ifaçılıq sənətində daha yeni zirvələrə yüksələcəyinə inanır.

 

 

Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.8.