Əcnəbi mütəxəssis tələbə və müəllimlər üçün təqdimat keçirib

 

Mayın  15-də  Avstriyanın  Yuxarı  Avstriya  Tətbiqi  Elmlər  Universitetinin  prezidenti  Dr. Gerald  Reisinger    Qlobal  Satış  Menecmenti  proqramının  rəhbəri Dr. Johann Hofstadler Azərbaycan Universitetində olublar. Səfərin məqsədi bu iki təhsil ocağı arasında Boloniya prosesinin əsas tələbləri çərçivəsində əməkdaşlıq imkanlarının müzakirəsi olub. Azərbaycan Universitetinin rektoru, professor Akif Musayev qonaqlarla görüşüb. İlkin tanışlıqdan sonra Dr. Johann Hofstadler BBA proqramının tələbə və müəllimləri üçün təqdimat keçirib.  Təqdimatda  Avstriyanın    Yuxarı  Avstriya  Tətbiqi  Elmlər  Universitetinin tarixi, tədris proqramları və tələbə-müəllim mübadiləsi imkanları barədə məlumat verilib.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 21 may.- S.4.