Tamellanın sənət uğurları

 

Tamella İsmayılova uşaq yaşlarından rəsm çəkməyə maraq göstərib. O, hələ 5-6 yaşlarında flora faunadan çəkdiyi müxtəlif gözəl təbiət mənzərələri ilə uşaq sərgilərində iştirak edərək fərqlənib.  Rəssamlığa olan həvəsi ilə  6 yaşlı  Tamella   Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasının təsviri tətbiqi sənət şöbəsinə daxil olur. Təcrübəli müəllimi Umxanım Mehdiyevadan  dərs alaraq sənətin sirlərini mənimsəyir, çəkdiyi rəsm əsərləri ilə  hamını heyrətləndirir. 

Hazırda gimnaziyanın V sinif şagirdi, dərs əlaçısı olan Tsmayılova əsasən təbiət mənzərələrini, uşaqların həyatını, mürəkkəb naxışları, nağılları fırça ilə canlandırır.

Tamella rəngkarlıq və qrafikadan başqa,  batika üsulunda da gözəl əsərlər yaradır. Onun ilk fərdi sərgisində nümayiş etdirilən gözəl və rəngarəng əsərləri 2007-ci ildə təhsil aldığı gimnaziyanın akt zalında tamaşaçılara  təqdim olunub. Diplomları və fəxri fərmanları olduqca çox olan balaca rəssamın ən böyük uğuru Hindistanın Dehli şəhərində keçirilən "Shankar"s İnternational Childirns Compatition müsabiqəsində gümüş medala layiq görülməsidir. Bundan başqa o, bu il  Bakıda keçirilən "Mənim təmiz şəhərim" rəsm müsabiqəsində fərqlənərək Dövlət Neft Şirkəti tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılıb. Tamellanın arzusu sənəti ilə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmək və adını məşhur rəssamların cərgəsində görməkdir. 

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2010.- 5 noyabr.- S.8.