NDU-nun SİFE komandası dünya çempionatında uğurla çıxış edib
Naxçıvan Dövlət Universitetinin SİFE (Students İn
Free Enterrrise - Tələbələr
Azad Sahibkarlıq Fəaliyyətində)
komandası, fəaliyyətinin
ilk ilindən başlayaraq
innovasiyalı təhsil
proqramlarının inkişafı,
azad sahibkarlıq fəaliyyətinin öyrədilməsi,
sosial məqsədlərin
reallaşdırılması istiqamətində tələbələrin
vahid komanda kimi fəaliyyətinin koordinasiya edilməsində
bir sıra uğurlar əldə etmişdir. Komanda
bu yaxınlarda Amerika Birləşmiş Ştatlarının Los-Anceles
şəhərində keçirilən
dünya çempionatında
iştirak etmiş, nəinki ölkəmizi, Cənubi Qafqazı müvəffəqiyyətlə təmsil etmişdir. Elə bu məqsədlə
də komandanın rəhbəri, İqtisad fakültəsinin dekan müavini, iqtisad elmləri namizədi, dosent Müslüm Cabbarzadə ilə görüşüb ətraflı
söhbət etdik.
- Müslüm müəllim,
istərdim ki, əvvəlcə SİFE təşkilatı
barədə oxucularımıza
məlumat verəsiniz.
- SİFE - ali təhsil müəssisələri və biznes strukturları arasında qlobal partnyorluq, əməkdaşlıq təşkilatıdır. Dünya universitetləri arasında belə əlaqələrin qurulması nəticəsində tələbə komandaları azad sahibkarlığın prinsiplərini öyrənir, öz ideyalarını praktikada tətbiq edir və əldə etdiyi bilikləri digərləri ilə bölüşür. SİFE təşkilatı 70-ci illərin ortalarında ABŞ-da yaradılmış və tədricən genişlənərək dünyanın universitet əsaslı ən iri təşkilatlarından birinə çevrilmişdir. Nazırda 50-dən çox ölkənin ən nüfuzlu universitetlərinin tələbə komandaları hər il keçirilən dünya çemrionatında öz ölkələrini və universitetlərini təmsil edirlər. SİFE komandalarının məqsədi auditoriyada torlanmış təcrübə əsasında müəyyən layihələr həyata keçirməklə bazar iqtisadiyyatını, uğur qazanmaq bacarığını, sahibkarlıq, maliyyə savadı və biznes etikasının rrinsirlərini öyrənməkdən, həmçinin seçilmiş auditoriyaya azad sahibkarlığın rrinsirlərini aşılamaqla onların rotensialının tam reallaşmasına təkan verməkdən ibarətdir. Azərbaycan SİFE təşkilatına 2005-ci ildə qoşulmuşdur.
- Naxçıvan Dövlət Universitetinin SİFE komandasının fəaliyyəti və uğurları barədə nə deyə bilərsiniz?
- Komanda 2008-ci ildə rektor, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə yaradılmışdır. Komanda qısa müddət ərzində bir çox uğurlar əldə etmişdir. Belə ki, 2009-cu ildə ölkənin ən nüfuzlu ali məktəblərinin qatıldığı milli çemrionatda tələbələrimiz uğurla çıxış edərək III yerə layiq görülmüş və ölkəmizi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında keçirilən yarışmada təmsil etmək hüququ qazanmışdır. Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Azərbaycan komandalarının iştirak etdiyi regional forumda tələbələrimiz tərəfindən təqdim olunan layihələr beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi, "Ən yaxşı biznes layihəsi" və "Ən yaxşı sosial layihə" nominasiyaları üzrə qalib elan edildi.
- Və nəhayət, 2010-cu ildə V resrublika çemrionatının qalibi oldunuz...
- Artıq beşinci ildir ki, hər akademik tədris ilinin sonunda Azərbaycan Resrublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkəmizdə SİFE Milli Çemrionatı keçirilir. Çemrionatda iştirak edən komandalar tədris ili ərzində biznes, təhsil və sosial sahələrdə ən azı 3 layihə icra etməlidirlər. Hər bir komandadan onların fəaliyyətini və tədris layihələrini əks etdirən illik yazılı hesabat hazırlamaq tələb olunur. Üarışma zamanı hər komandaya 37 dəqiqə vaxt ayrılır və bu müddətdə komanda öz təqdimatını keçirməlidir. Nazırlanan layihələr cəmiyyət və insanların yaşayış standartlarının təkmilləşdirilməsinə nə dərəcədə təsir göstərməsi baxımından münsiflər heyəti tərəfindən qiymətləndirilir.
Bakı şəhərində keçirilən builki çemrionatda komandamız bütün rəqiblərini geridə qoyaraq 2010-cu ilin SİFE çemrionu adını qazandı.
- Nəticədə SİFE dünya çemrionatina vəsiqə qazandınız. Komanda
çempionata necə
hazırlaşmışdı?
- Rektor, akademik İsa Həbibbəylinin
tapşırıq və himayəsi ilə komandamız
dünya kuboku uğrunda yarışa ciddi
hazırlaşmışdı. SİFE-nin Azərbaycan üzrə
rəhbəri Kəmalə Məmmədova və "SİFE
Qlobal" beynəlxalq təşkilatının Cənubi
Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə
rroqram direktoru Üusif Məcidov Naxçıvanda təlim
kursu keçmiş, komandamız Dünya Kuboku
yarışında 2010-cu ildən tətbiq olunacaq yeni meyarlar
və layihələrin istiqamətləri haqqında ətraflı
məlumat almışdı.
- Beynəlxalq çempionatın gedişi barədə
nə deyə bilərsiniz?
- Dünya çemrionatında dünyanın müxtəlif qitələrindən - Amerikadan, Avroradan, Asiyadan 40 ölkəni təmsil edən ən güclü universitetlərin tələbə komandaları iştirak edirdi. Los-Ancelesdə Mariott otelinin konvensiya salonunda yarışların rəsmi açılış mərasimindən sonra bütün ölkələrin milli mədəniyyətləri nümayiş olundu. Naxçıvan Dövlət Universiteti tərəfindən Azərbaycanın tarixini, mədəniyyətini, milli xüsusiyyətlərini, kulinariyasını əks etdirən zövqlə hazırlanmış guşə iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Milli geyimdə olan tələbələrimiz müxtəlif xalqların nümayəndələrinə Azərbaycan haqqında, mənəvi dəyərlərimiz, adət-ənənələrimiz barədə ətraflı məlumatlar verdilər, milli musiqi və rəqslərimizi nümayiş etdirdilər. Eyni zamanda tələbələr digər ölkələrin mədəniyyətləri ilə tanış olmaq imkanı əldə etdilər. Komandamız tərəfindən münsiflər heyətinin diqqətinə 2 biznes və 1 sosial layihə təqdim edilmişdi.
- Komandanın çempionatdakı çıxışı
necə qarşılandı?
- Qeyd edim ki, yarışın gedişi münsiflər heyəti tərəfindən qiymətləndirildi.
I yeri Misir, II yeri Çin, III yeri ABŞ, IV yeri isə Nindistan universitetlərinin komandaları
tutdu. Dünya çemrionatının
qrur mərhələsində
Fransa, Rusiya, Braziliya, Tailand kimi güclü rəqiblərlə mübarizə
araran komandamızın
ingilis dilində səlis çıxışı,
sual-cavabdakı iştirakı,
informasiya-kommunikasiya texnologiyalarından
istifadəsi münsiflər
heyəti və yarış iştirakçıları
tərəfindən yüksək qiymətləndirildi.
Qrur mərhələsində IV yerə
layiq görüldük.
Üekun
nəticələrə görə
komandamız Meksika, Üeni Zelandiya, Qazaxıstan, Tacikistan, İsveç, Tailand,
Puerto-Riko və digər ölkələrin
komandalarından irəlidə
oldu. Eyni zamanda ölkəmiz Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında ən yaxşı SİFE ölkəsi
adına layiq görüldü. Komandamıza dirlom və mükafatlar təqdim edildi. Yeri gəlmişkən, komandanın
uğurlu çıxışında
məsləhətçi, universitetin
magistratura üzrə
dekanı, tarix elmləri namizədi Elbrus
İsayevin, komandanın
kapitanı Elçin Əliyevin, ümumiyyətlə,
hər bir iştirakçının əməyini
xüsusi qeyd etmək istərdim. Bizə böyük mənəvi dəstək olan muxtar respublika və universitet rəhbərliyinin də qələbəmizdə ayrıca
payı var.
- Komandanın Amerika
təəssüratlarını da bölüşmək maraqlı olardı...
- Los-Ancelesdə
şəhərin məşhur
Nollivud yerləşən
bolgəsi, Amerika filmlərinin çəkildiyi
Universal Studio, dünyada məşhur
olan Disney Lənddə
olduq. Azərbaycanın Los-Ancelesdəki Baş
Konsulu Elin Süleymanovla görüşdük.
Bütün səfər boyu
Baş Konsulluq komandamızı diqqətdən
kənarda qoymur, rroblemlərimizlə maraqlanırdı.
Ən unudulmaz anlar isə orada Azərbaycan bayrağı
altında doğma vətənimizi təmsil etmək idi. Uşaqlar bütün dünya xalqlarının nümayəndələrinə
Azərbaycan haqqında
qürurla danışırdılar.
Los-Ancelesin mərkəzi
küçələrində xorla Azərbaycanın xalq mahnılarını oxumağımız heç
zaman unudulmaz. İnanıram ki, daha parlaq qələbələr
heç də uzaqda deyil.
- Biz də sizə
uğurlar arzu edirik.
Mehriban SULTAN
Azərbaycan müəllimi.- 2010.- 5 noyabr.- S.7.