Strasburqda keçirilən təlimlərdə Azərbaycan təhsili haqqında qısa təqdimat etdim

 

Müasir dövrdə hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşmasını təmin etmək təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq üçün hər bir müəllim öz professional səviyyəsini, peşə ustalığını artırmalıdır. 28 illik pedaqoji stajımın olmasına baxmayaraq, mən daim öz bilik bacarıqlarımı artırmaq zamanla ayaqlaşmaq ücün müxtəlif ixtisasartırma kurslarında iştirak edirəm. Bunlara misal olaraq British Council tərəfindən həyata keçirilən layihələrin böyük rolunu qeyd etmək istərdim.

 

Böyük Britaniyadan dəvət olumuş təlimçilərin iştirakı ilə keçirilən layihələr  hər bir müəllim kimi mənim də həyatımda böyük rol oynamışdır. Topladığım təcrübələri xaricdə keçdiyim kurs, təlim və proqramlarda istifadə etmişəm. ABŞ-ın Cənubi Konnektikut Dövlət Universiteti və Nyu-Yorkdakı Kolumbiya Universitetində "Məktəb liderliyi" mövzusunda 21-28 fevral 2010-cu il tarixində kecirilən təlimdə iştirak etdim və ABŞ təcrübəsinin öyrənilməsi, idarəetmənin təkmilləşdirilməsi istiqamətində müvafiq biliklər əldə etdim. Bu proqramın davamı olaraq Avropa Təhsil Siyasəti Şəbəkəsi Mərkəzinin (NEPC) iyunun 27-dən iyulun 2-dək Gürcüstanda "Müasir dövrdə liderlik, keçid dövrünü yaşayan cəmiyyətlərdə təhsil liderliyi" mövzusunda yay məktəbində iştirak etdim. Bu səfər  mənim öyrəndiyim biliklərin bölüşməsi üçün daha bir addim idi. Bu həm də yeni bilikilərin əldə edilməsi demək idi.

Təhsil işçisi kimi mən ölkəmizdə keçirilən "Kurikulum islahatı" tədbirləri çərçivəsində təlimçi-müəllim kimi "Fəal/interaktiv təlim üsulları" mövzusunda müəllimlər üçün məşqlər keçirirəm. Təlimçi-müəllim kimi məşqlər keçirmək məşqçidən daim öz bilik bacarıqlarını təkmilləşdirməsini tələb edir. Uzun müddət apardığım axtarışlar məni Avropa Şurasının Pestalotzi Proqramı çərçivəsində keçirilən  Modul proqramına gətirib çıxardı. Modul proqramının mövzusu "Müəllimlərin bilik, bacarıq münasibətləri" idi. Təhsil Nazirliyi tərəfindən nominasiya olunduqdan Avropa Şurası tərəfindən dəvət aldıqdan sonra həm sevindim, həm özümdə böyük məsuliyyət hissi keçirdim. 50 Avropa ölkəsinin iştirak etdiyi  nümayəndə heyətində mən Azərbaycandan olan yeganə iştirakçı idim. Proqramın məqsədi Avropa Şurasının təhsildə standart dəyərlərinin tətbıq olunması ücün beynəlxalq təlimçilərin hazırlanmasıdır. Proqramın əsas tələblərindən biri iştirakçıların  18 ay müddətində bu proqramda müntəzəm işləməsi idi. İştirakçılar oxu yazı materiallarını yerinə yetirməli, online platformasında informasiya mübadiləsi etməli 2010-cu ilin oktyabr ayında  keçirilən Modul A-da aktiv iştirak etməli idilər.

İştirakçılar eyni zamanda 2011-ci ilin may ayında keciriləcək Modul B- fəal iştirak etməli, Modul A Modul B müddəti arasında təlim materialları hazırlamalı, onları nəşr etdirməli təlimlər vasitəsilə onları realizə etməlidirlər. Əlbəttə, hamıya aydındır ki, bu, uzunmüddətli gərgin bir işdir. Çətinlikdən qorxmadığım bu işlərə hazır olduğum üçün proqram məni cəlb etdi. Nəticədə 12-15 oktyabr tarixlərində  Fransanın Strasburq şəhərində keçirilən Modul A-da iştirak etdim. Təlimlərin  məqsədi sonda İnternet vasitəsi ilə istirakçılardan ibarət beynəlxalq, milli, reqional, yerli səviyyədə işləməyə hazır olan təlimçi qrupu hazırlamaq onları  demokratik cəmiyyətin inkişafı üçün lazım olan bilik bacarıqlarla silahlandırmaq idi.

Təlimlər  Avropa Şurasının işçi dili olan ingilis fransız dillərində keçirilirdi. Fasilədə iştirakçılar Azərbaycan təhsili haqqında mənə çoxlu suallar verirdilər. Təhsilimizə olan bu böyük marağı nəzərə alıb  proqramın direktorundan Azərbaycan təhsili haqqında qısa bir təqdimatla çıxış etmək üçün icazə istədim. Təqdimatdan sonra iştirakçılarda Azərbaycan təhsili haqqında müsbət fikir yarandığının şahidi oldum.

İştirakçılara demokratik cəmiyyətin inkişafı, rifahı üçün əhəmiyyəti olan komponentlərin izahı verildi və  onların müəllimlərin təlimlərində, dərslərində tətbiqindən söz açıldı. Biz qrup halında seçdiyimiz komponentlərdən Power Point proqramında təqdimat hazırladıq. Sonda hər bir iştirakçı işləyəcəyi 3 komponenti seçdionun əsasında fəaliyyət planı hazırlayıb imzaladı. İştirakçılara eyni zamanda 18 ay müddətində  işləyəcəyi fasilitatorları seçmək hüququ da verildi. Mənim seçimim  Böyük Britaniyada  "Demokratik Məktəb İdarəolunması" proqramı üzrə yüksəkixtisaslı mütəxəssis Arthur Robert Ivatts oldu. İnanıram ki, fasilitatorlarımın verəcəyi tövsiyələr və uzunmüddətli təcrübəm mənə bu proqramı uğurla başa vurmaqda kömək olacaq. Nəticədə bundan nəinki mən, eyni zamanda müəllimlərimiz də faydalanacaq və müstəqil Azərbaycan vətəndaşının formalaşmasında fəal iştirak edəcəklər.

 

 

Təranə BÖYÜKZADƏ

 

Azərbaycan müəllimi.- 2010.- 5 noyabr.- S.7.