Alimlə görüş

  

Noyabrın 10-da Bakıdakı 100 nömrəli orta məktəbin akt  zalında görkəmli kimyaçı alim, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasovla görüş keçirildi.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Gülnarə Məmmədova açaraq Vaqif müəllimlə görüşün pedaqoji kollektiv şagirdlər üçün əhəmiyyətindən danışdı. Tədbir iştirakçılarını  Dövlət Bayrağı   Konstitusiya günü münasibətilə təbrik etdi.

Tədbirdə iştirak edən İçtimai Televiziyanın yayım şurasının sədri Cahangir Məmmədli, millət vəkilləri Qənirə Paşayeva, Rafael Cəbrayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi  Simuzər Əliyeva digər qonaqlar çıxışlarında görkəmli alimin elmimizin,  təhsilimizin inkişafı  sahəsindəki xidmətlərindən danışdılar.

Tanınmış müğənni Tünzalə Ağayevanın təqdimatında "Mən fəxr edirəm ki, azərbaycanlıyam"    "Biz gəlirik" mahnıları tədbir iştirakçıları tərəfindən hərarətlə  qarşılandı.

Məktəbin şagirdləri Fatimə Səmədova, Əhməd Babayev, Rüfət Cümalı Vaqif Abbasovun şeirlərindən parçalar söylədilər. 

Tədbirin sonunda qonaqlar  professor  Vaqif Abbasovla xatirə şəkli çəkdirdilər.

 

Rəşad ZİYADOV

Azərbaycan müəllimi.- 2010.- 12 noyabr.- S.4.