"Qızıl payız"

  

Noyabrın 5-də Bakıdakı 236 nömrəli körpələr evi-uşaq bağçasında "Qızıl payız" adlı bayram tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan tərbiyə ocağının müdiri Lyuba Hümbətova qonaqları salamlayaraq, uşaqları və valideynləri bayram münasibətilə təbrik etdi. Bildirildi ki, belə tədbirlərin keçirilməsi fidan balaları sevindirməklə bərabər, həm də onlarda bir çox müsbət keyfiyyətlərin yaranmasını və inkişafını sürətləndirir. O, bağçada belə tədbirlərin mütəmadi olaraq keçirildiyinibunun üçün hər bir şəraitin olduğunu qeyd etdi.

Böyük yaş qrupu uşaqlarının iştirakı ilə keçən tədbir rəngarəng səhnəciklərdən və mahnılardan ibarət idi. Tərbiyəçilərdən Fəridə Vəliyeva, Gülbəniz Fərzəliyeva və Rəsmiyyə Tağıyevanın  təşkil etdiyi tədbirdə uşaqlar tərəfindən "Azərbaycanım", "Payız gəldi" mahnıları ifa olundu. Meydanı ələ alan uşaqlar həvəslə rəqs etdilər.   

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2010.- 12 noyabr.- S.7.