"Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə suallar-cavablar özünü yoxlama testləri"

 

Bu günlərdə ali təhsil ocaqlarında dəmiryolçu ixtisasına yiyələnmək istəyən müdavimlər üçün yeni dərs vəsaiti - "Dəmiryol nəqliyyatı təsərrüfatı mühəndisliyi ixtisası üzrə suallar - cavablar özünü yoxlama testləri" işıq üzü görüb. Ktabın müəllifləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, respublikanın əməkdar mühəndisi, texnika elmləri namizədi Qurban Nəzirov Azərbaycan Texniki Universitetinin professoru, texnika elmləri doktoru Səyavuş Bağırovdur.

Kitab ali təhsilin bakalavr magistr pillələri üçün "Dəmir yolu ümumi kurs" fənnindən əlavə vəsait kimi çap olunub. Dərsliyin elmi redaktoru "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri A.Əsgərov, rəyçilər Azərbaycan Texniki Universitetinin dosenti R.Məmmədov "Azərbaycan Dəmir Yolları" QSC-nin baş mütəxəssisi H.Quliyevdir.

Kitabda dəmiryolu nəqliyyatı təsərrüfatı mühəndisliyi ixtisası üzrə suallar cavablar öz əksini tapıb. Testlər müvafiq olaraq "Daşıma proseslərinin idarəetmə", "Lokomotiv lokomotiv təsərrüfatı", "Yol təsərrüfatı onun istismarı", "Dəmiryolunun elektrik təchizatı elektromexaniki sistemləri", "İşarəvermə rabitə sistemləri", "Vaqon təsərrüfatı", "Sərnişin daşıma təsərrüfatı", "Dəmiryolu nəqliyyatında texniki qurğular tikililər", "Dəmiryollarının təhlükəsizliyi" bölmələrində verilib.

Dərsliyin sonuncu bölməsi "Dəmiryolu nəqliyyatı üzrə ümumi yoxlama Testləri" adlanır. Bu testlər çox dolğun əhatəlidir. Burada ümumilikdə dünyada dəmiryolu nəqliyyatının yaranma tarixindən tutmuş, bugünkü texniki  yeniliklərə qədər bütün sahələr əhatə olunub ayrıca cədvəldə testlərin düzgün cavabları verilib. 

"Nurlan" nəşriyyat-poliqrafiya müəssisəsində nəfis tərtibatla çap olunan kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin 6 iyul 2010-cu il tarixli 1005 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir.

 

 

Vasif SÜLEYMAN

 

Azərbaycan müəllimi.- 2010.- 12 noyabr.- S.7.