Nərminin idman uğurları

 

Nərmin Kazımova 1993-cü ildə Bakı şəhərində  anadan olub. O, hələ uşaq yaşlarından idmanın şahmat növünə maraq göstərib, müxtəlif  yarışlarda fərqlənib. 

Nərminin  bu idman novünə həvəsini görən  valideynləri  peşəkarlığının artması üçün onu  6 yaşında  Bakı şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman məktəbinə  üzv edirlər. 10 ildir ki, idmanın bu növü ilə məşğul olan Nərmin  dəfələrlə öz yaş qrupunda Azərbaycan çempionu olub.

Qadınlar arasında keçirilən Avropa çemionatına vəsiqə qazanaraq o, IV-V yerlərə layiq görülüb. İdmançımız bu ilin aprelində Yunanıstanın Saloniki şəhərində keçirilən  məktəblilərin Avropa çempionatında II yerə sahib çıxıb. Nərminin ən böyük uğuru oktyabr ayında Yunanıstanın Halqidiki şəhərində keçirilən dünya birinciliyində 18 yaşlı qızlar arasında I yeri tutması olub. 

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2010.- 19 noyabr.- S.8.