Dayaq məntəqələrinin fəaliyyətinin gücləndirilməsi zamanın tələbidir

 

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşməsi haqqında" 13 iyun 2000-ci il tarixli 349 saylı Fərmanı müstəqil dövlətin bütün sahələri üzrə təhsil sisteminin təkmilləşməsi, yenidən qurulması üçün hərtərəfli imkanlar yaratmışdır. Bu imkanlardan istifadə etmək, Fərmandan irəli gələn vəzifələri yaradıcılıqla həyata keçirməkdən ötrü təhsil işçilərindən yüksək dərəcədə məsuliyyət bacarıq tələb olunur.

Respublika Təhsil Nazirliyi tərəfindən ixtisasartırma təhsilinin yenidən qurulması, onun forma məzmununun təkmilləşdirilməsinə aid bir neçə əmr verilmişdir. Təhsil naziri "Pedaqoji kadrların ixtisasının artırılması prosesinin təkmilləşdirilməsi barədə" 2000-ci il tarixli 163 saylı "Dayaq məntəqələri mexanizminin tətbiqi" ilə bağlı 17 oktyabr 2000-ci il tarixli 953 saylı əmrlər imzalamışdır.

Pedaqoji işçilərin təkmilləşməsi prosesinin  məzmunlu təşkili üçün dayaq məntəqələrinin düzgün seçilməsi lazımdır. Dayaq məntəqələri təşkil olunduğu məktəblərin müasir binası, zəngin fənn kabinetləri, laboratoriyaları, tədris emalatxanaları, idman qurğuları, kompüter texnologiyası, zəngin kitabxanası olmalıdır. Tədris bazası (proqram, dərslik, dərs vəsaitləri), təhsil göstəriciləri yüksək olmalıdır.  Dayaq məntəqələri respublika miqyasında təhsildə yüksək göstəricilərə malik, şagirdlərinin müvəffəqiyyəti ən azı 70-75 faiz olan təhsil müəssisələrində yaradıla bilər. Dayaq məntəqələrində təkmilləşən müəllim-pedaqoji işçi yenilikləri mənimsəyir onu öz fəaliyyətində yaradıcılıqla tətbiq etməklə şagirdlərinə yüksək keyfiyyətli bilik vermək bacarığını inkişaf etdirir.

"Öyrədənlərin öyrədilməsi" üçün seçilən qabaqcıl müəllimlərdən başqa yerlərdə gənc, təcrübəsi az olan, təlimdə zəif nəticələrlə işləyən müəllimlərlə aparmaq, onların ehtiyaclarını öyrənmək kimi nisbətən mürəkkəb məsələlərin həllində dayaq məntəqələrinin imkanları yetərincədir. Bu sahəni öyrənmək üçün AMİ onun filiallarının rayon təhsil şöbələri metodmərkəzlərinin işçilərinin üzərinə böyük vəzifələr düşür.

Respublikamızda uğurla həyata keçirilən təhsil islahatı şəraitində digər ümumtəhsil məktəbləri ilə yanaşı, Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan məktəblərdə fəaliyyət göstərən dayaq məntəqələrində  diqqəti cəlb edən maraqlı işlər az deyildir. Dayaq məntəqələrinin fəaliyyətinə diqqətin artırılması təsadüfi deyildir. Şübhəsiz, məktəbdə təlim-tərbiyə prosesinin keyfiyyəti, ilk növbədə, müəllimlərin metodik hazırlıq səviyyəsindən, yəni bu ya digər səmərəli üsul metodları düzgün seçmək onlardan istifadə etmək qabiliyyəti bacarığından daha çox asılıdır.

Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan məktəblərdə pedaqoji kadrların ixtisasartırılması təkmilləşdirilməsi istiqamətində aparılan fəaliyyətləri istiqamətləndirmək, ixtisasartırma təhsilində yeni mexanizmlərin tətbiqi ilə əlaqədar olaraq 2006-2007-ci tədris ilindən etibarən "Gözdən əlil zəifgörən uşaqlar üçün Respublika internat-məktəbdə tərbiyəçilərin dayaq məntəqəsi fəaliyyət göstərir. Azərbaycan Müəllimlər İnstitutunun rektorunun əmrinə müvafiq olaraq  məktəbdə  "Fəal interaktiv təlim-tədris üsulları"na dair seminar-treninqlər keçirilmiş, "Fəal interaktiv təlim-tədris üsulları" başlığı altında xüsusi guşələr yaradılmış, məktəb üzrə əlaqələndiricilər müəyyənləşdirilmiş, "açıq dərs"lərin keçirilməsinə diqqət artırılmışdır. Müəllimlərin ixtisasartırma təhsili sistemində yeni mexanizmlərə keçidlə əlaqədar məktəbdaxili ixtisasartırma təhsilinin təşkilinə diqqət yetirilir.

Yenidən qurulmuş müasir tələblər baxımından zəngin fənn kabinetləri, maddi-texniki bazaya malik olan yeni tipli təhsil müəssisələrində, o cümlədən internat-məktəblərdə tədrisin keyfiyyətinin artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycan Müəllimlər İnstitutu ilə Gözdən əlil zəifgörən uşaqlar üçün Respublika internat-məktəbin rəhbərlikləri arasında (dayaq məntəqəsi üzrə koordinator Xalidə Sadıqovadır) yaranmış əməkdaşlığa əsasən məktəbin  pedaqoji kollektivinə əməli metodik köməkliyin göstərilməsi, müəllimlərin ixtisasartırma təhsilinə təkmilləşmə prosesinə cəlb edilməsi, müasir təlim metodları texnologiyaların tətbiqi ilə bağlı seminar treninqlərin keçirilməsi, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi tətbiqi məqsədilə "açıq dərs"lərin təşkilinə köməklik göstərilməsi, respublika tabeliyində olan internat-məktəblərin tərbiyəçiləri üçün dayaq məntəqəsinin  imkanlarından yetərincə istifadə olunur.

Görülmüş işlər öz bəhrəsini verməkdədir. İlk dəfə olaraq məktəbdə "açıq dərs"lərin keçirilməsinə başlanılmış bu uğurla davam etdirilir. Məktəbin biologiya müəllimi Səbirə Sadıqovanın X sinifdə, riyaziyyat müəllimləri Leyla Abdullayevanın V sinifdə, Kifayət Seyidovanın III sinifdə, Azərbaycan dili ədəbiyyat müəllimləri Firəngiz Hüseynovanın IX sinifdə, Sübhiyyə Musayevanın IV sinifdə, Bülbül Süleymanovanın VI sinifdə, Famil Hacıyevin, Əsəd Hümbətovun VII siniflərdə "açıq dərs"ləri təşkil olunmuş onlara lazımi metodik köməklik göstərilmişdir.

Dayaq məntəqələrində təkmilləşmə işini səmərəli təşkil etmək üçün AMİ onun filiallarının nəzdində yaradılmış yüksəkixtisaslı mütəxəssislərdən ibarət ekspert məsləhətçi qrupların fəaliyyəti əsas məsələlərdən biridir. Bu qruplar texniki vəsaitlərin köməkliyi ilə yaradılmış informasiya bankında olan məlumatları zənginləşdirir müəssisələrə sifarişlər verir.

Dayaq məntəqələrində aparılan işləri bu ya digər mövzuların müəllimlərə çatdırılması ilə məhdudlaşdırmaq olmaz. Bura gələn müəllimlərin şəxsi təhsilinə kömək edilməli, üzərində işlədiyi problem mövzulara aid məsləhət verilməli, ədəbiyyat göstərilməlidir.

Dayaq məntəqələrində ən faydalı tədbirlərdən biri kollektiv halda dərs dinlənilməsi onun təhlilinin təşkilidir. Burada müəllimlər geniş fikir mübadiləsi apararaq ümumi bir nəticəyə gəlmək imkanı əldə edirlər.

İsmayıllı şəhər 3 nömrəli orta məktəbdə dayaq məntəqəsi ilk dəfə olaraq ədəbiyyat müəllimi Arifə Ağayevanın təşəbbüsü ilə təşkil edilmişdir. Dayaq məntəqəsinin lazımi avadanlıqlar, əyaniliklər, planları  digər sənədlərlə tam təchiz edilməsi Arifə müəllimin böyük zəhmətinin nəticəsidir. Dayaq məntəqəsində Cülyan, Qalınçaq, Diyallı, şəhər 5 nömrəli orta məktəbin dil - ədəbiyyat müəllimləri iştirak edirdilər. Burada vaxtaşırı onların qabaqcıl təcrübələrindən danışılır, pedaqoji təcrübəsi ilə bağlı məruzələr dinlənilir, "açıq dərs"lər təşkil edilir,  dərslər təhlil olunur.  Məntəqədə müəllimlərin təkmilləşdirilməsi prosesi ilə yanaşı, onların ehtiyaclarının müəyyənləşdirilməsi, ixtisasartırma təhsilinə cəlbi, müxtəlif seminar treninqlərdə iştirakı kimi çox vacib məsələlərin həllinə köməklik göstərilir.  

"Öyrədənlərin öyrədəni" statusu almış Arifə Ağayevanın vaxtaşırı olaraq  AMİ-nin ixtisasartırma təhsili dinləyiciləri qarşısında  "Dayaq məntəqəsinin mexanizmi haqqında" praktik olaraq rəhbərlik etdiyi məntəqənin fəaliyyəti ilə bağlı cıxışı dinlənilmişdir.

Dayaq məntəqələrində aparılan pedaqoji işin əlaqələndirilməsi, onlara əməli köməkliyin göstərilməsi üçün AMİ-nin filiallarında metodmərkəzlərdə xüsusi koordinator qrupunun fəaliyyəti gücləndirilməlidir. 

 

 

İradə HƏSƏNOVA

 

          Azərbaycan müəllimi.- 2010.- 19 noyabr.- S.2.