Tələbələrin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans 

 

Noyabrın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) ingilis dili və filologiya fakültələrinin qiyabi və axşam şöbələrində təhsil alan IV kurs tələbələrinin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilmişdir.

ADU-dan AzərTAc-a verilən məlumata görə, filologiya fakültəsinin dekanı, professor Fikrət Cahangirov pedaqoji təcrübənin tələbələrin gələcək karyeralarında vacib rol oynadığını, bilik və bacarıqlarının üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. İndiyədək keçirilən pedaqoji təcrübələrin uğurla başa çatdığını deyən fakültə dekanı bu işdə pedaqoqların əməyini diqqətə çatdırmışdır.

ADU-nun pedaqoji təcrübə rəhbəri Bəxtiyar Həmzəyev pedaqoji təcrübə haqqında ətraflı məlumat vermişdir.

 

 

Azərbaycan müəllimi.- 2010.- 19 noyabr.- S.2.