Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) YUNESKO tərəfindən elan edilmiş Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.

DİA-dan AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ali məktəblər üçün "Fəlsəfə" dərsliyinin yeni nəşrinin təqdimatı olmuşdur.

YUNESKO-nun baş direktoru İrina Bokovanın təbrik məktubu oxunmuşdur.

Akademiyanın tədris işləri üzrə birinci prorektoru, professor Əlikram Abdullayev çıxış edərək Ümumdünya Fəlsəfə Gününün tarixi barədə məlumat vermiş, bu günün dünyanın ayrı-ayrı ölkələrində geniş qeyd edildiyini bildirmişdir.

Azərbaycan təhsil sistemində fəlsəfənin özünəməxsus yeri olduğunu xatırladan professor Ə.Abdullayev təqdim olunan kitabın əhəmiyyətindən danışmışdır.

DİA-nın Fəlsəfə sosial psixologiya kafedrasının müdiri, professor Tofiq Rəsulov məruzə ilə çıxış edərək "Fəlsəfə" dərsliyinin elm təhsilimizə dəyərli töhfə olduğunu vurğulamışdır.

AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov, professor İzzət Rüstəmov digər alimlər Azərbaycanda fəlsəfi fikirdə əldə edilən uğur nailiyyətlərdən, təqdim edilən kitabın məziyyətlərindən bəhs etmiş, nəşri yüksək dəyərləndirmişlər.

Kitabda Azərbaycan fəlsəfi fikrinin təşəkkülü, fəlsəfi fikirdə əldə olunan nailiyyətlər özünün uğurlu inikasını tapmışdır.

 

 

Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.1.