"Ali təhsildə elektron tədris"

mövzusunda seminar

 

Noyabrın 22-də Azərbaycan Dillər Universitetində "Ali təhsildə elektron tədris" mövzusunda seminar keçirildi. Seminarda ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, ABŞ-ın Edinboro Universitetinin professorları Hemiş Makloud   Çarlz Anderson iştirak edirdilər.

Tədbirdə çıxış edən ADU-nun rektoru, professor Səməd Seyidov bildirdi  ki, Azərbaycanda  çox vacib olan beynəlxalq konfrans  öz işinə başlayır.  Bu konfrans təhsil texnologiya vasitələri iqtisadi inkişafla bağlı olan bir  konfransdır. Hazırda ADU-da informasiya kommunikasiya texnologiyaları vasitələrindən xeyli vaxtdır lazımınca istifadə edirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti qayğısı sayəsində  universitetdə "İnformasiya Resurs Kompleksi" yaradılmışdır.   Kompleks Azərbaycanda analoqu olmayan imkanlara malikdir.

Sonra ABŞ-ın Edinboro Universitetinin professoru, doktor Hemiş Makloud çalışdığı təhsil ocağında İKT fəaliyyətindən ondan təhsil sahəsində istifadə etmə  qaydalarından  söz açdı. O, çıxışında öyrətmə, öyrənmə   qiymətləndirmə proseslərində əsas tendensiya xarakterini doğuracaq yeniliklər,  kitabxana resurslarının rəqəmsal formata çevrilməsi, virtual öyrənmə mühiti elektron portallardan ətraflı danışdı.

Seminar diskussiya şəklində başa çatdı.

 

Şakir CƏFƏROV

Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.9.