Şagirdlər kompüter biliklərinə

həvəslə yiyələnirlər

 

Paytaxtın orta ümumtəhsil məktəblərində İKT-dən istifadə əvvəlki illərlə müqayisədə xeyli genişləndiyindən şagirdlərdə informasiyalaşmış cəmiyyətin tələblərinə uyğun zəruri məlumatlarla işləmə bacarıqları kompüterdən istifadə  vərdişləri artmışdır.

Biz bununla əlaqədar  Bakıdakı 57 157 nömrəli orta məktəblərin rəhbərləri  ilə əlaqə saxlayaraq, bu sahədə olan yeniliklərlə maraqlandıq.

57 nömrəli orta məktəbin direktoru  Aidə Əhmədova  bildirdi ki,   təhsil ocağında 45 kompüterdən ibarət  üç  kompüter otağı yaradılıb. Tədris zamanı şagirdlərdə ətraf aləmi informasiya baxımından təhlil qərar  qəbul etmək bacarıqlarının  formalaşdırılması təmin olunur. Dərslərdə elektron dərsliklərdən geniş istifadə olunması şagirdlərin mövzuları daha dərindən mənimsəmələrinə kömək edir.  Hazırda I II siniflərdə oxuyan  şagirdlər informatika müəllimlərindən  Rəqiyyə Rəhimova     Aidə Kələntərovanın gərgin əməyi sahəsində  İKT-nin sirlərinə həvəslə yiyələnirlər.

157 nömrəli orta məktəbin direktoru Gülayə Səttarova isə  qeyd etdi ki, cari tədris ilinin ilk günündən I II  siniflərdə dərs deyən informatika müəllimləri Sevda Şıxlızadə, Səyarə Məmmədova, Cəmalə Nəbiyeva şagirdlərdə bu fənnə qarşı böyük həvəs yaradıblar. Nəticədə I II sinif  şagirdlərində alqoritmik təfəkkür elementlərinin yaradılması   kompüter texnikasından istifadə etmək qabiliyyətinin formalaşdırılması lazımınca təmin olunub. Məktəbə Təhsil Nazirliyi tərəfindən 44 kompüter verilib. Təhsil ocağında üç kompüter otağı var. 150 müəllimdən 100-ü kompüterdən sərbəst istifadə edir.

Şagirdlər kompüterlə sərbəst  davranır, sadə əməliyyatları icra  edirlər. Həmçinin  müəllimlərin zəhməti nəticəsində  sadə  mətnləri yığır, redaktə edir onlara  rəsmlər daxil  etməyi bacarırlar.    

 

Rəşad ZİYADOV

Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.23.